Azərbaycan qazını nəql edəcək borunun istismarı üzrə birgə müəssisə yaradılacaq
Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə Albaniyanın “Albgaz” və İtaliyanın “Snam S.p.A.” şirkətləri ilə Niyyət Məktubu imzalanıb.
Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb.
Bildirilir ki, TAP istismar sazişi üzrə danışıqları yekunlaşdırır. Danışıqların son mərhələsi kimi “Albgaz” və “Snam” şirkətləri ilə Niyyət Məktubu imzalanıb. Belə ki, iki şirkət TAP-ın Albaniyadan keçən hissəsinin istismarı üzrə “Albgaz/Snam” adlı Birgə Müəssisə yaradacaq.
TAP əmindir ki, 2020-ci ildə ilk qazın nəqlindən sonra “Albgaz/Snam” Birgə Müəssisəsi boru kəmərinin Albaniyada təhlükəsiz və səmərəli istismarını təmin edəcək.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 756 kilometrində, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların təxminən 90 faizi xəndəyə endirilib. Yunanıstan və Albaniyada xəndəyin qazılması işləri 97 faiz yekunlaşıb. TAP-ın borularının 90 faizdən çoxu Yunanıstan və Albaniya ərazisindədir. Yunanıstan və Albaniya marşrutunun 80 faizində torpaq örtüyü bərpa edilib. İki ölkədə boruların 98 faizi qaynaqlanıb.
Ötən ay Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri və boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən də çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq. TAP-ın podratçısı İtaliyanın “Saipem” şirkəti dənizdəki tikinti işləri üçün təxminən 10 gəmidən istifadə edəcək.
TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb və stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.
Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.
TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Aərtac
Müştərilərin xəbərləri
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 2 gün sonra
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 27 d. əvvəl
-
31 d. əvvəl
Könüllü sığorta bazarı 15 %, icbari sığorta bazarı 7 %-ə yaxın böyüyüb
- 38 d. əvvəl
- 49 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Füzulidə DOST məntəqəsi fəaliyyətə başladı
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
ABB Invest-in baş tərəfdaşlığı ilə 20-ci Beynəlxalq “Caspian Investment Forum 2025” uğurla keçirildi
Ən çox oxunanlar
Trendyol ilin “Əfsanə günlər”ini elan edir
Nazir Rəşad Nəbiyev nəqliyyat nazirlərinin görüşündə iştirak edib
“Shield NxG IAM & Cybersecurity Event” – Maliyyə sektorunda kibertəhlükəsizliyə yeni yanaşma
Azərbaycanda meyvə bağlarına dəymiş zərərə görə rekord məbləğdə sığorta ödənişi edilib
Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon ədəd yaxınlşdı
Banklar bu il 107 milyon manat daha çox mənfəət əldə ediblər











.jpg)




.jpg)

.jpg)




