“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Fevral ayı ərzində EUR/USD məzənnəsi 1.08$-dan 1.05$-a kimi ucuzlaşsa da, Avrozonada inflyasiyanın daha da arta biləcəyi gözləntiləri fonunda məzənnə keçən həftənin ortalarından etibarən yenidən bahalaşmağa başlayıb. Beləliklə, EUR/USD məzənnəsi 1.05$-ın üzərində qaldıqca, yenidən 1.07$ və 1.08$-a kimi bahalaşa biləcəyi proqnozlaşdırılır.
Qeyd etmək lazımdır ki, bu həftənin çərşənbə günü Avrozonanın yanvar ayı üzrə yekun inflyasiya səviyyəsi də açıqlanacaqdır. Avrozonanın inflyasiya səviyyəsinin 2%-ə yaxınlaşması, Avropa Mərkəzi Bankının yumşaq pul-kredit siyasətini dayandırması gözləntilərini də artırır ki, bu da avronun daha da bahalaşmasına təsir edə bilər.
GBP
Böyük Britaniyanın “HBOS” ipoteka təşkilatına əsasən daşınmaz əmlak bazarında müşahidə edilən qiymət ucuzlaşması, funt sterlinqin də dünya birjalarında qiymətinin 1.23$-a kimi ucuzlaşmasına səbəb olmuşdur. Lakin buna baxmayaraq GBP/USD məzənnəsi keçən həftə 1.23$-ın üzərində ticarət edilmişdir və bu səviyyənin üzərində qalarsa, yenidən 1.26 və 1.28$-a kimi də bahalaşa bilər.
TRY
Türk lirəsinin qiyməti isə keçən həftə 3.63TL-ə kimi bahalaşmışdır Cütlük üzrə qiymətin texniki mənzərəsinin təhlilləri onu göstərir ki, qiymət əlavə olaraq 3.62TL-ə kimi də bahalaşaraq, bu səviyyənin üzərində qalarsa, 3.57TL-ə kimi bahalaşa bilər.
OIL
Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 55$ və 56$ aralığında ticarət edilməkdədir. Burada isə qiymətin texniki mənzərəsi üzrə təhlillər onu göstərir ki, qiymət 56$-ın üzərində möhkəmlənərsə, 57$ və 59$-a kimi bahalaşa bilər.
GOLD
Əlvan metallar bazarında isə qızılın bir unsiya üzrə qiyməti keçən həftə 1244$-a (39.9 $/qram) kimi bahalaşsa da, fevral ayının maksimum səviyyəsi sayılan 1245$-a kimi bahalaşa bilməyib. Hətta qiymət gələcək günlər ərzində 1227$-a (39.4 $/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
13 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























