Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünya birjalarında bu gün və sabah açıqlanacaq ABŞ iqtisadiyyatı ilə bağlı önəmli göstəricilər öncəsi dolların qiymətlərində ucuzlaşma müşahidə edilir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avro və qızıl qiymətlərinin bahalaşmasına səbəb olub. EUR/USD məzənnəsi 1.13$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti isə 1218$-a ticarət edilməkdədir.
Dollar indeksində müşahidə edilən 0.4%-lik ucuzlaşma, dünya birjalarında bu gün və sabah açıqlanacaq ABŞ iqtisadiyyatı ilə bağlı önəmli göstəricilər fonunda investorların ehtiyatlı davranmaları ilə əlaqədardır.
Belə ki, bu gün Bakı vaxtı ilə saat 18:00-da yayımlanacaq ABŞ-ın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir və dolların qiymətində dalğalanmanın yenidən artmasına səbəb ola bilər. Sabah saat 16:30-da isə ABŞ-ın əmək bazarı ilə bağlı ciddi statistik məlumatlar dərc ediləcəkdir.
Dolların neft qiymətlərinə təsiri
Enerji bazarlarında isə Amerikanın neft ehtiyatları ilə bağlı göstəricilərin açıqlanmasından sonra Avropanın Brent neftinin bir barel qiyməti ucuzlaşıb və 75$-ın altında təklif edilməkdədir. Bu gün isə dolların qiymətində gözlənilən güclü dalğalanmanın burada da öz təsirini göstərə biləcəyi gözlənilir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
34 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 37 d. əvvəl
- 49 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















