“Səba” bu il əkinçilikdə öz rekordunu qırıb
“Səba" şirkəti 2018-ci ilin əkinçilikdə yüksək məhsuldarlıq ili olduğu barədə məlumat yayıb.
Şirkətdən "Marja"ya daxil olmuş məlumata görə, ölkənin ən iri qarğıdalı və soya istehsalçısı əkinçiliyə başladığı vaxtdan indiyədək ən yüksək məhsuldarlığa bu il nail olub.
1 noyabr 2018-ci ilə olan tarixə “Səba" Beyləqan, Ağcabədi, Füzuli, Ağsu, Kürdəmir rayonlarında əkin apardığı sahələrdən 20 min tondan artıq dən qarğıdalı, 6 min tondan artıq soya yığılıb. Əldə edilən 3 min tona yaxın buğdanın yarısı toxumluqdur. Soya və dən qarğıdalı yığımı davam edir. Silos qarğıdalı biçiminə isə yenicə başlanıb. Şirkətdən verilən məlumata görə, 6 min tondan yuxarı silos qarğıdalı yığılacağı gozlənilir.
Bundan başqa, “Səba" 11 min tondan artıq çuğundur toplayıb.
“Səba” şirkəti bu il, ilk dəfə olaraq, öz sahələrindən yığdığı qarabaşağı kütləvi satışa çıxarmaq niyyətindədir.
Qeyd edək ki, “Səba" 2011-ci ildən əkinçiliklə məşğul olur. “Səba” brendi altında yetişdirilən quşların yemini daxili istehsal vasitəsilə təmin etmək məqsədilə qarğıdalı əkininə başlamış şirkət daha sonra Azərbaycanda ilk dəfə geniş sahədə soya becərib.
“Səba”nın əkin sahələrindən yığdığı qarğıdalı və soya bu brendin quşlarının əsas yemidir.
Səba quşlarının peyinindən alınan üzvi gübrə, müasir suvarma sistemləri və düzgün aqrotexnoloji qulluq sayəsində becərilən sağlam məhsul quş və heyvan yemi üçün vacib olan zülalla zəngindir. Buna görə də “Səba”, həm də yem istehsalçısı kimi, heyvandarlar arasında yüksək nüfuza malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






