Dollar/Manatda möhkəmlənmə və ucuzlaşma dalğası
Mərkəzi Bank: Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir.
2016-cı ildə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq etmişdir. Hesabat ilinin mart ayından Mərkəzi Bank valyuta bazarında iştirakı minimuma endirmiş, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları 2016-cı ildə Mərkəzi Bank elan etdiyi yeni məzənnə rejiminə uyğun əməliyyat çərçivəsi tətbiq etmişdir.
“Marja” xəbər verir ki, bu barədə Mərkəzi Bankın Pul Siyasəti icmalında deyilir.
İcmalda qeyd edilir ki, hesabat ilinin mart ayından Mərkəzi Bank valyuta bazarında iştirakı minimuma endirmiş, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışları da Mərkəzi Bankda təşkil olunan hərraclar çərçivəsində həyata keçirilmişdir. İl ərzində ARDNF-in xarici valyuta satışları 4.9 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da 2015- ci illə müqayisədə 37.5% azdır. ARDNF-in dövlət büdcəsinə transfertlərinin pik ili olan 2013-cü illə müqayisədə isə ARDNF-in valyuta satışları 3 dəfə azalmışdır.
114 HƏRAC KEÇİRİLİB
2016-cı ildə Mərkəzi Bankda, ümumilikdə, 114 valyuta hərracı keçirilmişdir. Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilmiş, bu hərracların mexanizmi təkmilləşdirilmişdir. Bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank oktyabr ayından başlayaraq yeni, ikitərəfli hərrac mexanizminin tətbiqinə başlamışdır. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir.
Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərmişdir. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meyilli olmuşdur.
Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 dekabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 mlrd. dollar təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələmişdir.
MANAT 14%-Ə YAXIN "ÖLÜB"
Valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq 2016-cı ildə manatın məzənnəsinin dinamikasında bir neçə möhkəmlənmə və ucuzlaşma dalğası müşahidə edilmişdir. 2015-ci ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.5594 AZN səviyyəsində olmuşdursa, 11.03.16 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.6456 AZN-ə qalxmış, 25.05.16 tarixində isəminimum həddinə - 1.4900 AZN-ə enmişdir. İyun-avqust aylarında bahalaşan ABŞ dolları sentyabr ayında ucuzlaşmağa başlamış, oktyabrın sonundan isə yenidən bahalaşma meyilinə malik olmuşdur. 2016-cı ilin əvvəlindən manata nəzərən ABŞ dolları 13.6% bahalaşmışdır. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.5965 manat təşkil etmişdir.
Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Hesabat ilində manatla yanaşı bir sıra digər ölkələrin, o cümlədən, Azərbaycanın ticarət partnyoru olan ölkələrin milli valyutalarının ucuzlaşması davam etmişdir. İl ərzində manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 19.8% ucuzlaşmışdır.
Ucuzlaşma əsasən nominal effektiv məzənnənin 27.5% ucuzlaşması hesabına baş vermişdir. Real effektiv məzənnənin ucuzlaşma meyili idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən amildir
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
-
9 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
9 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
9 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 10 saat əvvəl
-
10 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
11 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
11 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
Ən çox oxunanlar
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!




















