Türk Lirəsi sürətlə ucuzlaşdı
Bu gün səhər Türk Lirəsi Dollar qarşısında ucuzlaşır. "Marja" xəbər verir ki, Dollar/TL məzənnəsi Bakı vaxtı ilə saat 12:40-da 6.2030 səviyyəsində olub. Bu gün Lirə 2,6% dəyərdən düşüb.
ABŞ-ın 10 illik istiqrazı faizinin 2011-ci ilin İyul ayında bəri ən yüksək səviyyəyə (3.21%) çıxması inkişaf edən ölkə valyutalarına təzyiq edir.
Bu gün bir çox inkişaf edən ölkənin pul vahidi dollar qarşısında dəyər itirir.
Qeyd edək ki, ötən həftə Türkiyədə Dollar 5,96 səviyyələrinədək düşmüşdü.
Dünən açıqlanan məlumata görə, Türkiyədə inflyasiya yüksəlişini Sentyabr ayında da davam etdirib. İnflyasiya illik 24.52%-ə çatıb, bu, 2003-cü ildən bəri ən yüksək səviyyədir. İnflyasiya aylıq isə 6.3% ilə 2001-dən bəri ən yüksək səviyyəyə qalxıb. Baza inflyasiya 17.22%-dən 24.05%-ə yüksəlib, istehsalçı qiymətləri aylıq 10.88%, illik 46.15% artıb.
Bəzi ekspertlər, Mərkəzi Bankın Lirəni dəstəkləmək və qiymət artımlarına nəzarət etmək üçün sərt pul siyasətini davam etdirməsi lazım olduğunu bildirir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
38 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 41 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























