Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
Əlil arabası ilə metropolitendən istifadə ediləcək!
Əhalinin bütün təbəqələrinin metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə "Bakı Metropoliteni" QSC tarixinin ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəsinə start veriləcək. Məqsəd əlillərin və sağlamlığı məhdud insanların da heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır.
Məlumdur ki, Bakı metrosunda xüsusilə əlil arabaları ilə hərəkət etmək çox çətindir. Məlumat üçün bildirək ki, 2016-cı ildə istifadəyə verilmiş Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında fiziki imkanları məhdud şəxslər üçün liftlər quraşdırılıb. Yaşıl və Qırmızı xətlər üzrə yerləşən stansiyalarda isə bu cür liftlərin layihələndirilərək inşa edilməsi mümkün deyil. Bununla belə, görmə qabiliyyəti məhdud insanların metropolitendən istifadə etməsinə şərait yaradılmasının mümkünlüyü nəzərə alınaraq, mühüm işlər görülür. Bu xüsusda qeyd oluna bilər ki, Yaşıl və Qırmızı xətlərin son illərdə təmir edilən stansiyalarında xüsusi zolaqlar salınmaqla gözdən əlillərin rahat istifadəsinə şərait yaradılıb və işlər davamlı olaraq aparılır.
Bununla belə sosial ədalət prinsiplərinin tam təmin edilərək, digər kateqoriyalardan olan sağlamlığı məhdud, ələlxüsus əlil arabaları ilə hərəkət edən insanların metropolitendən istifadə edə bilməsi "Bakı Metropoliteni" QSC-də daim gündəlikdə saxlanılan məsələdir. Müvafiq araşdırma və müzakirələrin aparılması məqsədilə “Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Məsələnin texniki həlli baxımından beynəlxalq təcrübə və dünya texnologiyalarının tətbiqi imkanları öyrənilib. Aparılan araşdırmalar zamanı əlil arabası ilə hərəkət edən şəxslərin də metropoliten işçilərinin və xüsusi avadanlıqların köməyi ilə metrodan istifadə etməsinin mümkünlüyü müəyyən edilib.
Qeyd edək ki, layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli 5 qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.
Layihənin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
33 d. əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
-
1 saat əvvəl
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
1 saat əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
1 saat əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
2 saat əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb


























