İki dövlət qurumu kiçik və orta biznes üçün razılaşdı
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, Memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.
Tədbirdə S.Babayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanan memorandum qurumların göstərdiyi dövlət xidmətlərinin təşkili, informasiya-kommunikasiya texnologiyaları və innovasiyaların imkanlarından istifadə etməklə xidmət keyfiyyətinin yaxşılaşdırılması, sahibkarların həmin xidmətlərə dair maarifləndirilməsi, sahibkar məmnunluğunun artırılması, özünüməşğulluq proqramına cəlb edilmiş ünvanlı dövlət sosial yardımı alan şəxslərin, əlillliyi olan şəxslərin, bir ildən artıq işsiz kimi qeydiyyatda olanların, pensiya yaşına iki ildən az qalmış şəxslərin, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərin kiçik biznesinin inkişafına dəstək, Nazirliyin tabeliyindəki DOST (Dayanıqlı Operativ Sosial Təminat) Agentliyi ilə əməkdaşlığın qurulması, əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlığı tənzimləyir.
Orxan Məmmədov deyib ki, imzalanan memorandum məşğulluğun təmini səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çagırışlarına cavab verən yeni əməkdaşlıq istiqamətlərini və formalarını müəyyən edir. O bildirib ki, kiçik bizneslərin yaradılmasının təşviqi yolu ilə özünüməşgulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini, sosial və iqtisadi məqsədlərin qarşılıqlı əlaqədə reallaşmasına imkan verən müasir biznes modellərinin tətbiqinə dair geniş əməkdaşlıq platforması mövcuddur. İmzalanacaq memorandum göstərilən istiqamətlərdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək.
O.Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmaqda olan DOST Agentliyi tərəfindən formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostları şəbəkəsi kimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərin reallaşdırılması üçün geniş imkanlar yaradacağını deyib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyi arasında imzalanan memorandum çərçivəsində 30-dək fəaliyyətin birgə təşkili və həyata keçirilməsi üzrə əməkdaşlıq barədə razılığa gəlinib.
Bunlar özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr və əlilliyi olan şəxslər üçün kiçik biznesin yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsində birgə fəaliyyət, kiçik və orta biznesə dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviqi, KOB könüllüləri ilə DOST könüllülərinin birgə əməkdaşlıq platformasının hazırlanması, KOB və DOST könüllülərinin əmək bazarının tələblərinə uyğun hazır mütəxəssis kimi formalaşması istiqamətində bölgünün aparılması, o cümlədən müxtəlif ixtisaslaşdırılmış sahələr üzrə birgə “Yay və Qış məktəbləri”nin təşkili, həssas əhali qruplarının məşğulluqda xüsusi çəkisinin artırılması istiqamətində tədbirlərin görülməsi, birgə əmək yarmarkalarının təşkil edilməsi və digər sahələr üzrə əməkdaşlıq istiqamətlərini əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
10 d. əvvəl
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
-
20 d. əvvəl
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
-
-
21 d. əvvəl
“Aztelekom” ilk dəfə 1000 Mbit/s-yə qədər fiber-internet tariflərini təqdim edir - QİYMƏTLƏR
-
53 d. əvvəl
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
2 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Avropa LNG bazarında ABŞ dominantlığı: pay 60 faizə yaxınlaşıb
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
İranın dondurulmuş aktivləri geri qaytarılır
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti


























