İdxal olunan minik avtomobillərinə aksiz dərəcəsi artırılır
Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişməyib.
Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat aksiz dərəcəsi ödənilirdi.
Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 1900 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi ödənilirdi.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 5900 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi ödənilirdi.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 40 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 13900 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi ödənilirdi.
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminin hər kubsantimetrinə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 3 manat aksiz dərəcəsi ödənilirdi.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
XXX
"İdxal mallarından buğda və buğda ununun, eyni zamanda daxil olan məmulatların ƏDV-dən 3 il müddətinə azad edilməsi bugünkü reallığa tam uyğundur".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
"Özümüzdə daxili istehsal olsa da, idxaldan müəyyən qədər asılılığımız var. Avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi də önəmli hallardan biridir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82% azalıb. Yəni cəmi 25 min ədəd avtonəqliyyat vasitəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuşdusa, bu il isə 4800-dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən bu istiqamətdə vergi 94,5 milyon manat az toplanıb. Bu gün Azərbaycan ərazisində 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinin aksizlərin qaldırılması məsələsi vacibdir. Ötən ilin 11 ayında mühərrikinin həcmi 5000 kubsantimetrdən yüksək olan 160 avtonəqliyyat vasitəsi idxal edilib, onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə görə gətirilib. 2016-cı ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli, imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82% azalıb, ancaq lüks avtomobil baxımından istehlakçıların sayı daha da artıb".
M. Vahabov əlavə edib ki, xəz dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: "Ölkələr var ki, xalça məmulatlarını da aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz dəri məmulatları var. Ona görə də bu malların aksiz vergisinə cəlb olunması zəruridir. Vergi Məcəlləsinə edilən dəyişiklik büdcənin gəlirlər hissəsinin formalaşmasına şərait yaradacaq".
© APA
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
7 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
8 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
8 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb

















.jpg)

.jpg)




