Bakıda bu metro stansiyası açılanda qatarların hərəkətində əsaslı dəyişiklik olacaq

Paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü stansiyasında (B3) yeni və fərqli texnologiyalar tətbiq ediləcək.
Bu barədə açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, stansiya istismara veriləndən sonra qatarların hərəkətində əsaslı dəyişiklik olacaq:
"İlk növbədə, stansiya istismara veriləndən sonra qatarların bu xətt üzrə bir yoldan digər yola keçməsi mümkün olacaq. Hazırda xətdə qatarlar iki stansiya – "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında hərəkət edir. Ümumi kompleksinin uzunluğu təqribən 370 metr olan 3-cü stansiyadan sonrakı sahədə 193.91 metr uzunluğunda dönmə kamerası inşa olunur. Bu isə stansiya istismara veriləndə qatarların dövrə vuraraq hərəkətini təmin edəcək".
Qurum rəsmisi bildirib ki, hazırda stansiya kompleksinin inşaatında dəmir-beton konstruksiya işləri başa çatdırılıb: "Kommunikasiya xətləri, kabel kollektorları, stansiya avadanlıqlarının yerləri üzlükçülərin ixtiyarına verilib. Stansiyanın yol divarında və döşəmədə üzlük işlərinin aparılması üçün imkan yaradılıb. Divar səthinə keramoqranitin, döşəməyə isə qranitin düzülməsinə başlanılıb. Bundan sonrakı mərhələdə isə quraşdırma işləri başlanacaq".
O əlavə edib ki, stansiyanın uzunluğu 166.98 metr olacaq: "Xəttin digər iki stansiyası kimi B3 də 7 vaqonluq qatarlar üçün nəzərdə tutulub".
B.Məmmədov bildirib ki, stansiyada 2 su anbarının və nasosxanaların, həmçinin havalandırma şaxtasının tikintisi yekunlaşmaq üzrədir: "Daxili havalandırma sisteminin də əsas işləri 40 faiz yerinə yetirilib. Stansiya 3 səviyyədən ibarət olacaq. Fiziki imkanları məhdud sərnişinlər üçün burada da liftlər quraşdırılacaq. Bundan əlavə, 17 eskalator da sərnişinlərin stansiyaya enib-qalxmasına xidmət edəcək. Perspektiv planda nəzərdə tutulmuş Mavi xəttin stansiyasına keçid də indidən nəzərdə tutulur".
Metropoliten rəsmisi deyib ki, "Memar Əcəmi" stansiyasını "B-03" stansiyası ilə birləşdirən tunellərdə Bakı Metropoliteni tarixində ilk dəfə məhz bu mənzildə beton yarımşpal quraşdırılacaq:
"Həmin beton yarımşpallar "Bakı Metropoliteni" QSC-nin özündə istehsal olunur və bu şpalların ağac şpalla müqayisədə üstünlüyü çoxdur: ömrü daha uzundur, qulluğu daha asandır, keyfiyyətcə yerli geoloji şəraitə daha uyğundur və s. Hazırda yolların 1300 metrdən artıq hissəsi qoyulub. Qeyd edək ki, yol mənzilinin uzunluğu bir tuneldə 1259 m, digərində 1281 metrdir".
Tikintinin 2019-cu ilin sonuna və yaxud 2020-ci ilin əvvəlinə başa çatdırılması gözlənilir.
© Trend
Müştərilərin xəbərləri

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
-
3 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 2 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
"Azneft" 2 şirkət ilə anlaşdı - Separatorların modernləşdirilməsi həyata keçiriləcək
-
1 saat əvvəl
Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıb
-
1 saat əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 8 faizə yaxın artıb - 2,6 MİLYARD DOLLAR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın tikinti şirkətinin gəlirləri kəskin azalıb, zərər edib, texniki müflis olub
- 2 saat əvvəl
-
2 saat əvvəl
“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Oktyabrın 11-də gözlənilən hava şəraiti

WUF13 Azərbaycan Əməliyyat Şirkətində yeni təyinat

Wolt yeni “Packages” funksiyanı təqdim edir: İndi əşyaları yemək sifarişi qədər asan göndərə bilərsiniz!

Azərbaycanın tikinti şirkətinin gəlirləri kəskin azalıb, zərər edib, texniki müflis olub
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

Qızılın qiyməti atəşkəsdən sonra düşür

Rəsmi məzənnələr açıqlandı

“Şüşəplastmas”a sədr seçiləcək

Azərbaycan şirkəti bölünəcək, yeni MMC-lər təsis ediləcək
