"AGBank krediti dayandırıb" xəbərinə REAKSİYA
"AGBank" kreditlərin verilməsini dayandırdığı barədə xəbərə münasibət bildirib
Bankdan “Marja”ya daxil olmuş açıqlamada deyilir:
"1992-ci il noyabr ayının 9-dan 13 saylı lisenziya əsasında fəaliyyətə başlayan "AGBank" ASC (o vaxtı "AzəriqazBank" ASC adı ilə) 26 il ərzində Azərbaycan bank sektorunda göstərdiyi yüksək keyfiyyətli xidmət ilə hər zaman ön sıralarda olmuşdur.
2015-ci ildə ölkə iqtisadiyyatında baş verən dalğalanmalar, ölkənin o dövrdə əsas ixrac məhsulu neftin dəyərinin kəskin düşməsi və manatın il ərzində iki dəfə ucuzlaşması bank sektoruna da öz növbəsində mənfi təsirini göstərdi. Bəzi banklar ümumiyyətlə fəaliyyətlərini dayandırdı, digər banklar isə siyasətlərini yenidən gözdən keçirməli oldu. Əhalinin və şirkətlərin gəlirlərinin azalması öz növbəsində problemli kreditlərin kəskin artmasına səbəbiyyət verdi. Bu səbəbdən “AGBank” ASC problemli kredit portfelin artmaması üçün bir sıra addımlar atır. Daha dərin və riskyönümlü qiymətləndirmə aparılır və bankın müsbət tarixçəli müştərilərinə kredit ayırır.
Kreditlərin verilməsi siyasətinin dəyişdirilməsi Bankın mənfi halları aradan qaldırılması üçün atılmış adekvat addımdır. Bu heç də müvafiq bankın fəaliyyət imkanlarının məhdud olduğu anlamı daşımır.
Qeyd etmək lazımdır ki, bankların fəaliyyəti yalnız kredit verilməsindən ibarət deyil. Hüquqi və fiziki şəxslərə göstərilən hesablaşma-kassa xidmətləri, ödəniş kartları xidmətləri və bir sıra digər xidmətlər bankın digər fəaliyyət sahələrinə aiddir. “AGBank” bu sahələr üzrə müştərilərə yüksək səviyyəli xidmət göstərməkdə davam edir.
KİV-də işıqlandırılan səhmdarların ümumi yığıncağı “Banklar haqqında qanun”-a əsasən ildə ən az 1 dəfə keçirilməlidir və bu heç də bankın fəaliyyətinin pisləşməsi ilə bağlı deyil. Qeyd edilən iclas ötən fəaliyyət ilinin nəticələrini müzakirə etmək məqsədi ilə hər il keçirilən planlaşdırılmış iclasdır.
Bu cür proseslərin KİV tərəfindən qərəzli başlıq qoyularaq Bankın hüquqlarına və qanuni mənafelərinə hörmət edilməməsi “Azərbaycan Respublikasının KİV haqqında” qanunun 36.6 maddəsini pozur”.
Qeyd edək ki, mətbuatda çıxan xəbərlərdə, "AG Bank" uzun müddətdir kredit verməyi dayandırdığı bildirilir. Məlumata görə, bu barədə bankdan bildirilib.
Bankın əməkdaşlarına istinadən bildirilir ki, kreditlərin verilməsi ötən ildən dayandırılıb. Hətta "AG Bank"ın məşhur olduğu ipoteka kreditləri də "limit bitməsi" səbəbindən başa çatıb.
Bankdan bildirilib ki, hazırda kredit yalnız bankda əmanəti olanlara verilə bilər, o da əmanətin məbləğinin 50%-i qədər. "AG Bank"dan kredit verilməsinin dayandırılmasının səbəbləri açıqlanmayıb və bunu daxili qərarla izah ediblər.
Xatırladaq ki, AG Bankın hazırki vəziyyəti o qədər də ürəkaçan deyil.
Devalvasiyalardan sonra yalnız zərər açıqlayan “AG Bank” mənfəətə çıxa bilmir. Halbuki, əksər banklar ötən ildən mənfəətə çıxmağı bacarıblar. “AG Bank”ın gəlirləri xərclərini ödəmir, problemli kreditlərin artması dayanmır, məcmu kapitalı “əriyir”. Qısası, Bank düşdüyü "bataqlıqdan" çıxa bilmir.
“AG Bank” ASC 2018-ci ilin birinci yarısını 5 milyon 139 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısını 1 milyon 575 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, Bankın zərəri 3 dəfədən çox artıb.
GƏLİRLƏRİ AZALIR, XƏRCLƏRİNİ ÖDƏMİR
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, illik müqayisədə Bankın faiz gəlirləri 12 milyon 280 min manatdan 9 milyon 675 min manata, qeyri-faiz gəlirləri isə 15 milyon 152 min manatdan 14 milyon 99 min manata düşüb.
Cari ilin yanvar-iyun dövründəki 23 milyon 774 min manat cəmi gəlirlərə qarşı, cəmi xərclər 26 milyon 829 min manat təşkil edib və nəticədə xərclər gəlirləri üstələdiyindən 3 milyon 55 min manat əməliyyat zərəri yaranıb.
Bundan başqa “AG Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 1 milyon 923 min manat da ayırıb. Beləliklə, Bankın zərəri 5 milyon 139 min manata yüksəlib. Ehtiyatlara ayırmaların artması, bankın daha çox kreditlərinin bata biləcəyi ehtimalı ilə əlaqədardır.
KREDİTLƏR AZALIR
30 İyun 2018-ci il tarixində “AG Bank” 487 milyon 790 min manat cəmi aktivlərə malik olub. Ötən ilin sonunda bu rəqəm 488 milyon 403 min manat idi. İlin birinci yarısında müştərilərə verilən kreditlər 7,3% azalaraq 282 milyon 907 min manatdan 263 milyon 612 min manata geriləyib.
KAPİTALI MİNİMAL TƏLƏBDƏN AŞAĞIDIR
Zərər ilə əlaqədar olaraq Bankın cəmi kapitalı 47 milyon 174 min manatdan 43 milyon 195 min manatab düşüb.
30 İyun 2018-ci il tarixində “AG Bank” 41 milyon 486 min manat məcmu kapitala malik olub. Bu da 50 milyon manat olan minimal tələbdən aşağıdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
11 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir




















