Neft Fondunun investisiya portfeli 508 milyon manat qazanc təmin edib
2018-ci ilin ilk yarım ili üzrə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 507,9 mln. manat və yaxud 475,7 mln. ABŞ dolları məbləğində gəlir əldə edilmişdir.
“Marja” 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrası haqqında məlumata istinadən xəbər verir ki, 2018-ci ilin ilk yarımilliyi üzrə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,29% təşkil etmişdir ki, nəticədə bu ötən ilin müvafiq göstəricisi (2017-ci ilin ilk yarımilliyi üzrə 1,12%) ilə müqayisədə 0,17 faiz bəndi artmışdır.
Fondun 2018-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin minimum 60,0%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 25,0%-i 4 səhmlərdən (pay), 10,0%-i daşınmaz əmlakdan və 5,0%-i isə qızıl alt portfellərindən ibarət müəyyən olunmuşdur.
2018-ci ilin 30 iyun tarixinə Fondun səhm portfeli təqribən 5326,6 mln. ABŞ dolları təşkil etmişdir. Bu portfelə “MSCI World”, “MSCI Europe ex UK” və “Standard and Poor’s 100” indekslərinə daxil olan şirkətlərin səhmləri, eləcə də Rusiya Federasiyasının aparıcı banklarından biri olan VTB bankının səhmləri, habelə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən idarə olunan “ALAC” (Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələri), “Katalist” və “Global İnfrastruktur” özəl səhm fondlarına, eləcə də fərqli mandat üzrə “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fonduna, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən idarə olunan “EPF”fonduna, “Blackstone Core Equity Partners” fonduna və “Azerbaijan Rigs” Məhdud Məsuliyyətli Cəmiyyətinə olan investisiyalar daxil olmuşdur. Səhm, özəl səhm portfeli üzrə ümumi gəlirlilik 0,95% təşkil etmişdir.
Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2251,1 mln. ABŞ dolları təşkil etmişdir. Əlavə edək ki, 2018-ci ilin birinci yarısında “ARES”, “GreenOak” və “PAG Real Estate” tərəfindən idarə olunan daşınmaz əmlak fondlarına yatırımlar edilmiş, eləcə də “Gaw Capital” və “Capital Holding Sarl” ilə birlikdə müştərək investisiyalar həyata keçirilmişdir.
2017-ci ilin sonuna qızılın ümumi miqdarı 30174,9 kq (970145,51 troya unsiyası) təşkil etmişdir. Cari ilin iyun ayında əlavə olaraq 2799,31 kq (90000,0 troya unsiyası) alınması ilə Fondun investisiya portfelinə daxil olan qızılın ümumi miqdarı 2018-ci ilin 30 iyun tarixinə 32974,21 kq (1060145,51 troya unsiyası) və yaxud 1326,5 mln. ABŞ dolları təşkil etmişdir. 30 iyun 2018-ci il tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Beynəlxalq Bankının hesablarında Fondun 451,6 mln. manat (və ya 265,6 mln. ABŞ dolları) məbləğində vəsaiti cəmlənmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
17 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
34 d. əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
52 d. əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
1 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bu bankın kredit portfeli 50 milyon manatdan çox artaraq 700 milyon manatı aşıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Ən çox oxunanlar
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb







.jpg)














