İşləyənlər iki qrupa ayrılır - Muzdla işləyən və məşğul şəxs
Azərbaycan Prezidenti İlham Əliyev yeni “Məşğulluq haqqında” qanunu imzalayıb.
“Məşğulluq haqqında” yeni qanun 6 fəsildən və 37 maddədən ibarətdir. Qanunun “Əsas anlayışlar” maddəsində əvvəlki qanundan fərqli olaraq anlayışların sayı yeni anlayışların (fərdi məşğulluq proqramı, qeyri-formal məşğulluq, məşğul şəxslərin reyestri, peşə standartları, sosial müəssisə, sosial iş yeri və s.) daxil edilməsi ilə artırılaraq 24-ə çatdırılıb.
Əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu aradan qaldırılıb. Muzdla işləyənlərə yalnız Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib. Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Eləcə də, yenilik olaraq, ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər hesab olunub.
Həmçinin “işsiz” və “işaxtaran” şəxslər anlayışları da dəqiqləşdirilib, yəni işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilib. İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub.
Qanunun yeniliklərindən biri də məşğulluq xidmətlərinin əsasən elektron müstəvidə təşkilini irəli sürməsidir. Məsələn, qanun məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılmasını (dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından istifadə edilməklə), həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılmasını nəzərdə tutur. Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək.
İş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə azaldılmaqla, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və s. prosedurlar qanunda dəqiq şəkildə müəyyən edilib. Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər. Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin də elektron formada aparılmasını nəzərdə tutur.
Dövlətin işaxtaranlar və işsiz şəxslər üçün təminatları sırasında özünüməşğulluğa köməklik göstərilməsi də qeyd olunur. Sənəddə özünüməşğulluq tədbirlərinin mərhələləri və müddətləri, monitorinq, əmlakların qaytarılması və s. prosedurlar əhatə olunur. Eyni zamanda, qeyd olunur ki, kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslərin də 1 il ərzində özünüməşğulluğa cəlb olunmuş işsiz şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərti ilə özünüməşğulluğa cəlb edilə bilər. İşsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olanlara və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verildiyi bildirilir.
Yeni qanuna “Fərdi məşğulluq proqramı” maddəsi də daxil edilib. Maddə işsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur. Qanunda həmçinin məşğulluq sahəsində dövlətin vəzifələri, məşğulluq sahəsində şəxslərin hüquqları, əmək hüququnun həyata keçirilməsində dövlət təminatları, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğu üçün əlavə təminatlar, respublika və ərazi məşğulluq proqramlarının hazırlanması, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin təşkili və s. məsələlər də tənzimlənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
28 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
























