Tramp: İki qadına ödənişi öz cibimdən vermişəm
ABŞ Prezidenti Donald Tramp, əlaqəsi olduğu iddia edilən iki qadına seçki kampaniyası dövründə danışmamaları məqsədilə edilən ödənişlərin kampaniya büdcəsindən deyil, öz cibindən etdiyini deyib.
ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen (Michael Cohen) seçki qanunlarını pozduğuna dair ittihamları qəbul edərək prokurorluqla əməkdaşlığa getmişdir. Tramp dünən verdiyi açıqlamada Koeni "əfsanələr uydurmaqla" günahlandırmışdı.
"Marja" xəbər verir ki, Tramp, dünən "Twitter"dən etdiyi açıqlamanın ardından "Fox News"a danışaraq, əlaqəsi olduğu iddia edilən iki qadına verilən "susmaq payı" ödəmələrinin seçki kampaniyası büdcəsindən deyil, özü tərəfindən ödənildiyini söyləyib.
"Pul kampaniyanın büdcəsindən yox, mənim tərəfimdən ödənilib" deyən Tramp,"Bu bir kampaniya pozuntusu deyil. Obamaya baxsanız, çox böyük bir kampaniya pozuntusu vardı, ancaq fərqli bir ədliyyə naziri olduğu üçün çox fərqli bir şəkildə qiymətləndirilib" ifadələrini istifadə edib.
Trampın keçmiş vəkili Maykl Koen verdiyi ifadədə Trampın göstərişilə pornoqrafik filmlərdə oynayan Stormy Daniels və "Playboy" ulduzu Karen McDougal-a susmaları üçün ödəniş etdiyini söyləmişdi.
İki qadının seçki kampaniyası dövründə danışmalarını əngəlləmək üçün verilən ödəmələrin Federal Seçki Komissiyasına bildirilməməsi seçki məcəlləsinin pozulması kimi qiymətləndirilir. Çünki ABŞ qanunlarına görə, seçki dövründə namizəd seçki büdcəsindən bütün xərclərini komissiyaya bildirmək məcburiyyətindədir.
Ancaq bu ödəmələrin Trampın iddia etdiyi kimi şəxsi büdcəsindən ödənilməsi vəziyyətində məhkəmə bunu seçki kampaniyası çərçivəsində deyil, "şəxsi nüfuzunu qorumaq məqsədilə" ödənildiyi istiqamətində ibaxa bilər.
"VƏZİFƏMDƏN GETSƏM, BAZARLAR ÇÖKƏR"
"Fox and Friends" adlı proqramda danışan Tramp, "Ecazkar iş çıxaran birini necə vəzifəsindən kənarlaşdırmaq (İmpiçment) olar, bilmirəm. Əgər hər hansı bir zamanda mənə impiçment elan edilsə, məncə, bazarlar çökər, hər kəs çox kasıb olar. İnanılmaz rəqəmlər görə bilərik" ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























