“Valyuta bazarında gərginlik yenidən bərpa edilə bilər”
“Qlobal maliyyə bazarlarında ABŞ dollarının bahalaşması, xüsusilə Türkiyə və Rusiyanın milli valyutasının yaratdığı psixoloji təsirlər son həftələr Azərbaycanın valyuta bazarında gərginlik dolu canlama yaradıb”.
Bunu iqtisadçı-ekspert Samir Əliyev “Facebook” sosial şəbəkəsindəki profilində bildirib.
“Bu canlanmanın aktiv iştirakçıları bir tərəfdən dollar alışına girişmiş əhalidirsə, digər tərəfdən banklardır. Bankların aktivliyinin artması onların Azərbaycan Mərkəzi Bankının (AMB) hərraclarına marağını azaldıb.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Təsadüfi deyil ki, avqust ayı başlayandan həm depozit, həm də “Bakı Fond Birjası” QSC-də keçirilən not hərraclarında bankların tələbi əhəmiyyətli dərəcədə azalıb. Avqustun 6-da keçirilmiş depozit hərracında tələb 943,9 milyon manat olduğu halda, avqustun 13-dəki hərracda 746,6 milyon manata, bu gün keçirilmiş sonuncu hərracda isə 569,3 milyon manata düşüb. Bununla da, bankların hərracda tələbi son 6 ayın ən aşağı hədində olub.
AMB-nin qısamüddətli (28 günlük) notlarına da tələb azalıb. Hətta notların orta illik faiz dərəcəsinin 8,01%-dən 8,48%-ə qaldırılması da bankların onlara marağını artıra bilməyib. Avqustun 15-də keçirilmiş sonuncu hərracda tələb 2 dəfə azalaraq son 6 ayda ən aşağı həddə - 383,6 milyon manata düşüb. Halbuki əvvəlki hərracda bu göstərici 704,7 milyon manat olub.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
AMB hər iki hərrac vasitəsilə 1,5 milyard manatdan çox vəsaiti dövriyyədən müvəqqəti çıxarmağa müvəffəq olur ki, bu da valyuta bazarına olan təzyiqləri nisbətən azaldır. Ancaq son hərracların nəticələri göstərir ki, onlar valyuta bazarını daim və uzunmüddətli sabit saxlamağa qadir deyil. Bu sabitlik kövrəkdir. Çünki istənilən psixoloji amillər, o cümlədən tam həllini tapmayan kapital axını bu hərracları banklar üçün maraqsız edə bilər. Üstəlik kredit vermək çətinliyi ucbatından son aylar banklarda yaranmış yüksək likvidlik onlar üçün valyuta bazarının cəlbediciliyini getdikcə artırır. Belə vəziyyətdə xarici maliyyə bazarlarında baş vermiş hadisələrin yaratdığı psixoloji amillər və manatın hər hansı məzənnə dəyişikliyi bazarda gərginliyi yenidən bərpa edə bilər”, - deyə mütəxəssis qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 saat sonra
-
-
33 d. əvvəl
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
- 41 d. əvvəl
-
42 d. əvvəl
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək
-
44 d. əvvəl
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
- 46 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Azərbaycanda "Fondlar Fondu"nun yaradılması planlaşdırılır
Rəqəmsal İnkişaf Şurası yaradıldı, tərkibi təsdiq edildi
Kredit Reytinqi Agentliyi Mərkəzi Bankın nəzarət subyekti olacaq
Fevralın 28-də gözlənilən hava şəraiti - Yollar buz bağlayacaq
"Netflix" şirkəti "Warner Bros. Discovery" üçün verdiyi təklifi artırmayacağını açıqlayıb
"Epoint" şirkəti "FinTech Lab”ın açılışında
Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF
Zirvəyə Doğru aparan yol: Qusarda Müstəqillik Gününə həsr olunmuş beynəlxalq yarış keçiriləcəkdir
Azərbaycan şirkəti 118-ci mağazasını istifadəyə verib




















