Nazirlik işsizlər və işəgötürənlərə müraciət edib
Müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər. Lakin bir sıra hallarda onlar bu hüquqları barədə məlumatsız olduqları üçün həmin sığorta ödənişini almaq üçün müraciət etmirlər. Eləcə də bəzi müəssisələrin işəgötürənləri də bu barədə məlumatlı olmadıqlarından qeyd olunan səbəblərdən işini itirmiş şəxsləri aidiyyəti üzrə məlumatlandırmırlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərə, habelə işəgötürənlərə müraciət edərək bildirir ki, 2018-ci ilin yanvar ayının 1-dən qüvvədə olan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının (və ya ştatların) ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlara işsizlikdən sığorta ödənişini almaq hüququ verir.
Həmin səbəblərdən əmək müqaviləsinə xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.
İşini itirdiyi günədək, yəni işsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan çox sığorta stajı olan əmək qabiliyyətli şəxslərə itirdikləri orta aylıq əməkhaqqının:
- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faizi,
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faizi,
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faizi qədər işsizlikdən sığorta ödənişi təyin olunur.
İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:
- ilk 2 təqvim ayı üçün – 100 faiz;
- 3–4-cü təqvim ayları üçün – 80 faiz;
- 5–6-cı təqvim ayları üçün – 70 faiz.
İşsizliyin başlanmasından əvvəlki 24 ay ərzində 12 aydan az sığorta stajı olan əmək qabiliyyətli şəxslərə isə 3 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir. Eyni zamanda, təkrar müraciət zamanı da minimum sığorta ödənişi ödənilir.
İşsizlikdən sığorta ödənişi almaq hüququ olanlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Məşğulluq Mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
6 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























