ABŞ Senatının alt komitəsi Türkiyəyə sanksiyanı qəbul etdi
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi, Türkiyədə terror təşkilatları FETÖ və PKK ilə əlaqədə ittiham olunan ABŞ vətəndaşlarının həbs olunmalarını əsas göstərərək hazırladığı və Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasını məhdudlaşdıran layihəni qəbul edib.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və vitse - prezident Mayk Pens, ABŞ-lı rahib Endryu Kreyq Brunsonın sərbəst buraxılmaması halında Türkiyəyə sanksiya tətbiq edəcəkləri barədə hədələyici ifadələr işlətmişdilər. Bundan sonra, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi "Türkiyə Beynəlxalq Maliyyə Qurumları Qanunu" adı ilə, Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasını məhdudlaşdıran layihəni qəbul edib.
Senatorlar Bob Corker, Bob Menendez, James Lankford, Thom Tillis, Jeanne Shaheen ve Bill Nelson-ın imzaları ilə təqdim olunan layihə Xarici Əlaqələr üzrə Komitəsində qəbul edilib.
Layihə qüvvəyə minərsə Türkiyənin beynəlxalq maliyyə təşkilatlarından kredit alması çətinləşəcək.
Senator Corker, layihəyə dair açıqlamasında məhkəmənin müstəqilliyi prinsipini heçə sayaraq, "Bu layihəni heç vaxt istəməmişik, lakin Türkiyə hökumətini, ABŞ vətəndaşları və yerli səfirlik işçilərini haqsız yerə həbs etməsinin və narahat etməsinin pis nəticəsinin olacağı barədə xəbərdarlıq etdik", -ifadələrini istifadə edib.
Senatın Xarici Əlaqələr üzrə Komitəsində qəbul edilmiş layihənin qanuniləşməsi üçün həm Senat, həm də Nümayəndələr Palatasından keçməsi və ABŞ Prezidenti tərəfindən imzalanması lazımdır.
Layihə, ABŞ Xəzinə Nazirliyi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı daxil digər beynəlxalq maliyyə qurumlarının Türkiyəyə kredit verməsini məhdudlaşdırır.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, "Türkiyəyə heç kim diktə edə və hədə-qorxu gələ bilməz. Hüquq normaları hər kəs üçün istisnasız keçərlidir" ifadəsini istifadə edib.
Türkiyə və ABŞ əlaqələrinin pisləşməsi ilə əlaqədar olaraq Türk Lirəsi Dollar qarşısında dəyərdən düşür. Bu dəqiqlərdə Dollar/TL məzənnəsi 4.87 səviyyələrindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 5 d. əvvəl
-
- 22 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti





.jpg)
.jpg)







.jpg)






