Əmək kitabçalarının dövriyyədən çıxarılmamasının səbəbləri açıqlanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək kitabçalarının hələ də dövriyyədə saxlanılmasının səbəbləri, sosial sığorta kartının əhəmiyyəti və bu kartların istehsalına xərclənən vəsait, həmçinin DSMF-yə bəyannamələri vermək üçün yalnız “ASAN imza”dan istifadə olunması ilə bağlı sosial mediada nazirliyə ünvanlanan suallara münasibət bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib ki, ölkəmizdə fərdi uçot sistemi 2006-cı ildən tətbiq olunur. Onun sözlərinə görə, bu sistem pensiya təyinatı zamanı məhz həmin dövrdən sonrakı əmək stajını müəyyən etmək üçün baza rolunu oynayır: “2006-cı ilədək olan dövr üçün sığorta stajının müəyyən edilməsi isə əmək kitabçaları əsasında həyata keçirilir. 2006-cı ilədək əmək stajı olan vətəndaşların hər birinə pensiya təyinatı aparıldıqdan sonra bu kitabçalar dövriyyədən çıxarılacaq”.
Artıq sığorta kartlarının çap edilməsinə lüzum qalmadığını diqqətə çatdıran ƏƏSMN rəsmisi qeyd edib ki, nazirliyin aidiyyəti vətəndaşlara dair elektron məlumat bazaları fərdi identifikasiya nömrəsi (FİN) vasitəsilə formalaşır: “Bu bazalar Daxili İşlər Nazirliyinin müvafiq məlumat bazasına inteqrasiya olunduğu üçün istənilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd vasitəsilə ona aid olan fərdi hesab məlumatlarına çıxış imkanı mövcuddur. Ona görə də sosial sığorta kartı artıq çap etdirilmir”.
DSMF-yə bəyannamələri vermək üçün yalnız ASAN imzanın tələb olunması fikri ilə əlaqədar F.Talıbov bildirib ki, 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Kollegiya Qərarına əsasən sığortaedənlər rüblük hesabatlarını Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanına kağız formasında və elektron sənəd formasında təqdim edə bilərlər. “Elektron imza və elektron sənəd haqqında” qanuna əsasən elektron sənəd - informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəddir. Nazirliyin “Elektron Hökumət” portalında sığortaedənlərə təqdim etdiyi xidmətlərdən istifadə olunması üçün gücləndirilmiş elekton imzadan istifadə edilməlidir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən elektron imzalar və Asan imza gücləndirilmiş elektron imzalardır. Yalnız ASAN imzanın istifadəsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























