Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub
Qida Təhlükəsizliyi Agentliyinə iki sədr müavini təyin olunub.
Azərbaycan prezidenti İlham Əliyevin iyulun 9-da imzaladığı sərəncamlarla Rəşad Məcnun oğlu Mafusov və Balarəhim Mirzəağa oğlu Quliyev Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib.
Qeyd edək ki, Rəşad Məcnun oğlu Mafusov 24 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetində Ticarətin və istehlak kooperasiyasının iqtisadiyyatı və idarə edilməsi ürə bakalavr və Biznesin idarə edilməsi - Maliyyə və Kredit üzrə magistr (MBA) elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1998-ci ildə “Azəriqaz” QSC-də başlayıb. 2004-2006-cı illərdə “Azərnəqliyyatbank” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2006-2017-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində fəaliyyət göstərib. Azərbaycan hökuməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Səhiyyə Sektorunda İslahatlar Layihəsi”nin direktoru, Analitik Ekspertiza Mərkəzində direktor müavini, Qlobal Fond tərəfindən maliyyəşdirilən HİV/AİDS, vərəm və malyariya ilə mübarizə layihəsi”nin direktoru və Tibb texnikasının təmiri və quraşdırma baza zavodunun direktoru vəzifələrində çalışıb. 2013-2015-ci illərdə Nazirliyin “Özəl tibb müəssisələrinin Lisenziyalaşdırılması” komissiyasına rəhbərlik edib. 2017-ci ildən 2018-ci ilin fevral ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunda Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ilin fevral ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifələrində işləyib.
Balarəhim Mirzəağa oğlu Quliyev isə 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.
1992 - 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 - 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010–2014-cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014-2015-ci ilin aprel ayınadək Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib. 2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb. 21 yanvar 2018-ci il tarixindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
13 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























