Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Baytarlıq Nəzarəti Xidmətinin rəisi “AZZA Aqro”nun heyvandarlıq təsərrüfatında olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Baytarlıq Nəzarəti Xidmətinin rəisi “AZZA Aqro”nun heyvandarlıq təsərrüfatında olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

9-10 iyun 2018-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında olub.

 

Xidmətin yaydığı məlumata görə, səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək olub.  

 

Səfər çərçivəsində B.Rzayev baytarlıq idarələrinin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin  idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.  

 

B.Rzayev həmçinin, İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində yerləşən “AZZA Aqro” MMC-ə məxsus cins iribuynuzlu heyvandarlıq təsərrüfatında olub.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və s. məsələlər müzakirə olunub. Həmçinin, heyvanların saxlanma, bəslənmə, doğum, sağım və peyvəndləmə şəraiti ilə əlaqədar məlumat verilib. Bildirilib ki, təsərrüfatda saxlanılan heyvanların sağlamlığı tam təmin edilir və baytar həkiminin nəzarəti altında vaxtında peyvəndləmələr aparılır.

 

Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşün sonunda təsərrüfat sahibinə müvafiq tövsiyələr verib.

 

Səfər çərçivəsində fermerlərlə keçirilən görüşlərdə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barədə baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.

11.06.2018 09:53

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18