İstehsalçılara bir ay vaxt verildi - "NÖQSANLARI ARADAN QALDIRIN"
Qida Təhlükəsizliyi Agentliyi qida məhsulları istehsalçılarına müraciət edib.
"Marja" xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi istehsalçıları öz fəaliyyətinizi qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara uyğun qurmağa çağırıb:
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
"İstehsal etdiyiniz qida məhsullarının daxili bazarlarda satış dinamikasının və xarici ölkələrə ixrac imkanlarının artmasının onların keyfiyyətindən və müvafiq yerli və beynəlxalq tələblərə uyğunluğundan bilavasitə asılı olduğunu bir daha nəzərinizə çatdırırıq. Eyni zamanda, önümüzdəki bir ay ərzində öz fəaliyyətinizə bir daha yaxından nəzər salmağı, mövcud çatışmazlıqları, qüsur və nöqsanları aradan qaldırmağı tövsiyə edir, bu işdə hər cür metodiki köməkliyi göstərməyə hazır olduğumuzu bildiririk".
Müraciətdə deyilir:
Hörmətli sahibkarlar!
Bildiyiniz kimi, respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilir.
Bu gün ölkədə sağlam sahibkarlıq mühitinin formalaşması, iqtisadiyyatın inkişafında özəl sektorun rolunun əhəmiyyətli dərəcədə artması, iqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması, qanunvericilik qaydalarının liberallaşdırılması, maliyyə-kredit təminatlarının yaxşılaşdırılması, sahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, onların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması, hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi və beynəlxalq əlaqələrinin genişləndirilməsi məhz həmin kompleks tədbirlərin nəticəsində mümkün olmuşdur.
Ölkə başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 10 fevral tarixli 1235 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, respublikamızda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də öz fəaliyyətində sahibkarlarla bilavasitə əlaqədə olacaq, onların fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak edəcəkdir.
Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Bu baxımdan sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstəriləcəkdir. Cari il iyulun 1-dən öz səlahiyətlərinin icrasına başlayacaq Agentlik tərəfindən respublika ərazisində fəaliyyət göstərən bütün qida subyektlərinin qeydiyyatı aparılacaq, qanunvericiliyə uyğun qaydada monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçiriləcək, ölkə iqtisadiyyatının inkişafını şərtləndirən idxal-ixrac proseslərinin qanunvericiliyə və beynəlxalq standartlara uyğun tənzimlənməsinin təmin edilməsi üçün müvafiq sertifikatlar veriləcək. Bundan məqsəd bir tərəfdən dövlət orqanı kimi Agentliyin qanunvericiliklə ona verilmiş səlahiyyətlərinin icrasının həyata keçirilməsidirsə, digər tərəfdən, yerli qida subyektlərinin fəaliyyətinin sağlamlaşdırılmasına, beynəlxalq standartlara uyğun keyfiyyətli məhsul istehsalının və ixracının artırılmasına, nəticə etibarilə, Azərbaycan sahibkarlarının dünya bazarlarına çıxışının davamlı və intensiv xarakter almasına yaxından dəstək vermək, Azərbaycan mənşəli qida məhsullarına beynəlxalq tələbatın artmasına, “Made in Azerbaijan” brendinin nüfuzunun daha da yüksəlməsinə nail olmaqdır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
13 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























