İyun ayına olan hava proqnozu açıqlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı dövrlərdə bir qədər yüksək olacağı gözlənilir.
İyun ayının ilk günlərində hava şəraiti qeyri-sabit, küləkli keçəcək, havanın temperaturu normadan aşağı olacaq. Birinci ongünlüyün ortalarından temperatur yenidən yüksələcək. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 16-21, gündüzlər 22-27, bəzi günlərdə 25-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 9-12 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında Orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 12-17, gündüzlər 24-29, bəzi günlərdə 32-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 9-14, gündüzlər 15-20, bəzi günlərdə 23-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 13-18, gündüzlər 23-27, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-179 mm) gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, bəzi günlərdə 31-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-49 mm) olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-24 dərəcə isti (gecələr 14-19, gündüzlər 23-28, bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-3 dərəcə yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 d. əvvəl
Ziraat Bank Azərbaycan Fintex Sammit 2024 tədbirində mükafatla təltif edildi
- 17 d. əvvəl
- 29 d. əvvəl
- 40 d. əvvəl
- 45 d. əvvəl
-
52 d. əvvəl
Prezidentlər Saatlıdan olan kiçik ailə təsərrüfatına "Afərin" dedilər
- 1 saat əvvəl
-
13 saat əvvəl
“PAŞA Kapital”, “PASHA Yatırım Bankası”nın 25 milyon dollarlıq istiqrazlarını yerləşdirəcək
-
14 saat əvvəl
gubre.az şəbəkəsinin yeni layihəsi fermerlərin xüsusi marağına səbəb oldu
-
15 saat əvvəl
Babək prospektində işıqforlar quraşdırılacaq, yarımdairə ləğv ediləcək
-
16 saat əvvəl
Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi