“Mətanət A”nın rəhbərindən təklif: “Sahibkarlar hər il hesabat verməlidir”

Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov Sahibkarlar Gününə həsr olunmuş konfransda maraqlı təkliflərlə çıxış edib.
Onun sözlərinə görə, ölkəmizdə 25 aprel tarixinin Sahibkarlar Günü kimi qeyd olunması möhtərəm prezidentimiz cənab İlham Əliyevin iş adamlarına böyük diqqətinin göstəricisidir. Sahibkarlar bu məsuliyyəti dərk etməlidirlər:
“Mən istər İqtisadiyyat Nazirliyi, istərsə də Assosiasiyaların saytlarında hesabat bölümünün yaradılmasını təklif edirəm. Sahibkarlar hər il 25 aprel tarixində öz fəaliyyətləri ilə bağlı hesabatları ora yerləşdirilsinlər. Nəticədə hər şirkətin bir il ərzində Azərbaycan Respublikasının iqtisadiyyatına necə tövhə verdiyi məlum olacaq”.
Cənab Bəşirov çıxışında Azərbaycanda sahibkarlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünə diqqəti yönəldərək qeyri-neft sektorunun sürətlə inkişaf etdiyini bildirib:
“Cənab Prezident Nazirlər Kabinetinin 1-ci rübünün yekunlarına həsr olunan konfransda bir daha söylədi ki, 2018-ci ildə islahatlar olacaq və bu il də qeyri-neft sektorunun inkişafı istiqamətində bütün məsələlər prioritetliyini qoruyub saxlayacaq”. Elxan Bəşirov həmçinin qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə “investisiya təşviqi sənədi”nin verilməsi qaydalarını təsdiqlədikdən sonra müxtəlif sənaye sahələrinə milyardlarla manat dəyərində investisiya yatırılıb: “O cümlədən bizim, “Mətanət A” şirkəti də cənab prezidentin qarşısında 4 böyük zavodun tikintisini öz öhdəsinə götürüb və onların fəaliyyətini bir təşviq sənədi əsasında reallaşdırır, bununla da milyonlarla vəsaitə qənaət edir. Bu qənaət bizim zavodların rentabelli işləməsinə, eyni zamanda götürdüyümüz kreditin geri qaytarılmasına öz tövhəsini verir”.
Cənab Bəşirov şirkətin son nailiyyətlərindən də söz açıb. Xüsusilə, tikintisi ötən il başa çatdırılan Qazax əhəng zavodunun fəaliyyətinə toxunaraq bu zavodun istehsal etdiyi əhəngin regiondakı rəqiblərini xeyli geridə qoyduğunu vurğulayıb. Elxan Bəşirovun sözlərinə görə, şirkətin yaxın perspektiv üçün də böyk ümidlər vəd edən planları var:
“Biz 2019-ci ilin axırına mineral yun zavodunu istifadəyə verəcəyik. Artıq bununla bağlı Almaniyanın ən məşhur şirkətlərindən biri ilə müqavilə bağlamışıq. İlkin ödənişlər edilib, bütün texnologiyalar, avadanlıqlar sifariş verilib, vaxtında Azərbaycana gətiriləcək. Biz Hacıqabulda da maşınqayırma istiqamətli böyük bir layihə həyata keçirəcəyik. Bu layihə tikinti avadanlıqlarının istehsalını gerçəkləşdirəcək”. – deyə Elxan Bəşirov əlavə edib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
15 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
