Bakıda "Kitayski Land Cruiser" satışa çıxarılacaq
Xəbər verdiyimiz kimi, Bakıda "Kitayski Land Cruiser" satışa çıxarılacaq. Söhbət "Toyola Land Cruiser"in oxşarı Çin avtomobili "GAC GS8" modelindən gedir.
Bu barədə markanın Azərbaycanda rəsmi təmsilçisi "Sirena Motors" şirkətindən bildirilib. Məlumata görə, iyun ayında təqdim ediləcək bu model Azərbaycanda ilk dəfə satışa çıxarılır.
"Kitayski Land Cruiser" 2.0l Turbo mühərriklə təhciz edilib. Avtomobilin yanacaq sərfiyyatı şosedə 90km/saat sürətlə 6,5 litr təşkil edir. Şəhər yollarında isə 9-12 litr yanacaq işlədir. "GAC GS8"in uzunluq,en və hündürlüyü müvafiq olaraq 4810×1910×1770 mm təşkil edir. Avtomobil 7 nəfərlikdir. "Cip" ön hissədən "Land Cruiser"ə oxşasa da, arxa hissə "Ford Explorer" modelini xatırladır.
"Sirena Motors"dan bildirilib ki, model Azərbaycan bazarında "Haval H9", "Kia Sorento", "Hyundai Grant Sanata Fe"nin rəqibi hesab edilir. "GAC GS8" rəqiblərindən xeyli ucuz olacaq.
Şirkətdən bildirilib ki, hazırda "Haval H9" 67 min manatdan, digər rəqiblər isə 80 min manatdan bahadır. "GAC GS8"in qiyməti isə 50-60 min manat arasında dəyişəcək.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Fins
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
12 d. əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 25 d. əvvəl
- 33 d. əvvəl
-
42 d. əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Ən çox oxunanlar
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















