"Artıq miqdarda məhsulları gömrükdən keçirməyə cəhd göstərib, bizi təhqir edib"
"Ötən gün sosial şəbəkələrdə yayılmış videoda gömrük orqanlarının və əməkdaşlarının ünvana bildirilənlər əsassız ittihamlarıdır".
"Marja" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda deyilir
"Videoda Azərbaycan vətəndaşı olan şəxs İran İslam Respublikasından gətirdiyi və iddiaya görə, əsasən ərzaq məhsullarından ibarət yükün gömrükdən əsassız şəkildə buraxılmamasından şikayət edərək buna gömrük əməkdaşlarının və gömrük orqanlarının qanunsuz əməlləri kimi don geyindirməyə çalışır.
Dövlət Gömrük Komitəsi bildirir ki, fiziki şəxslər tərəfindən ölkə ərazisinə güzəştli qaydada gətirilən ərzaq məhsullarının miqdarı "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyən olunub. Həmin qərara əsasən, fiziki şəxslər hər təqvim ayı ərzində 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullarını güzəştli qaydada, yəni gömrük vergi və rüsumlarından azad şəkildə ölkə ərazisinə gətirə bilərlər.
Videoda gömrük orqanlarının və gömrük əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürən Astara rayon sakini Faiq Cəfərzadəyə gəlincə isə o 4, 12, 18 və 20 aprel tarixlərində, ümumilikdə 1 ayda 4 dəfə, 2, 14, 16, 17 və 22 may tarixlərində isə ümumilikdə 5 dəfə İran İslam Respublikasına səyahət edib və dəfələrlə xəbərdarlıq edilməsinə, müvafiq izahat və təbliğat işləri aparılmasına baxmayaraq, hər dəfə geri dönərkən özü ilə qanunda nəzərdə tutulandan artıq miqdarda ərzaq məhsullarını gömrük sərhədindən keçirməyə cəhd göstərib. Üstəlik, bu cəhdlər zamanı hər dəfə ona gömrük qanunvericiliyinin tələblərini izah edən gömrük əməkdaşlarını müxtəlif ifadələrlə ittiham və təhqir edib",- məlumatda deyilir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşları və xarici ölkələrə səyahət edən şəxsləri gömrük qanunvericiliyinin tələblərinə əməl etməyə, ölkənin iqtisadi təhlükəsizliyini təmin edən gömrük orqanlarının fəaliyyəti ilə bağlı məlumat yayarkən diqqətli, qərəzsiz və qanunun aliliyinə hörmət etməyə çağırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
7 saat əvvəl
143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Türkiyədə bazar lideri olan şirkət Azərbaycanda ilk mağazasını açdı - FOTOLAR
-
9 saat əvvəl
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
- 10 saat əvvəl
-
10 saat əvvəl
MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir
-
10 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 9-dək davam edəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ
-
11 saat əvvəl
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlimlərə qeydiyyat üçün son 3 gün!