"Aqrar sığorta fondu yaradılacaq" - PALATA TƏQDİMAT KEÇİRİB
Bu gün "Boulevard Hotel Baku"- da Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin, həmçinin Türkiyə Respublikasının aqrar sığorta mexanizminə dair və aqrar sığorta üzrə mərkəzi institut olan “TARSİM” əməliyyat modelinin fəaliyyətinə dair təqdimat mərasimi keçirilib.
Palatanın yaydığı məlumata görə, tədbirdə müxtəlif dövlət qurumlarının və Palatanın əməkdaşlıq etdiyi bir sıra yerli və beynəlxalq təşkilatların nümayəndələri, bank və sığorta şirkətlərinin, fermerlər assosiasiyasının fəal üzvləri iştirak ediblər.
Təqdimat mərasimini çıxış nitqi ilə açan Palatanın Baş icraçı direktoru İbrahim Alışov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, kənd təsərrüfatı sığortası üzrə dayanıqlı və davamlı modelinin formalaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində” qeyd olunan prioritetdən biridir.
İ. Alışovun sözlərinə görə, bu istiqamətdə Palata və yaradılmış müvafiq işçi qrupu tərəfindən ABŞ, İspaniya, İsrail, Kanada və Türkiyə Respublikasının aqrar-sığorta mexanizmləri üzrə beynəlxalq təcrübə araşdırılmış, habelə Türkiyənin kənd təsərrüfatı sığortası mexanizmi olan “TARSİM” modeli öyrənilmişdir. Yerli və beynəlxalq ekspertlərin birgə səmərəli əməkdaşlığı nəticəsində ölkə üçün məqbul hesab edilən “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin yekun modeli aidiyyəti qurumlara rəylərin bildirilməsi üçün təqdim edilmişdir. Baş icraçı direktor bildirib ki, bu qanun layihəsi ölkədə qeyri neft sektorurun inkişafına əlavə dəstək vermiş olacaq.
Çıxışının yekununda İ. Alışov qeyd edib ki, kənd təsərrüfatı sığortası subsidiyaları ilə bağlı mexanizmin işlək hala gətirilməsi üçün aqrar sığorta fondu yaradılacaq və dövlət-özəl əməkdaşlığının tətbiq edilməsi bu sahəyə həm sığorta şirkətlərinin, həm də istehsalçıların maraqlarının artması ilə nəticələnəcəkdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyev bildirib ki, “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin qəbul edilməsi sözügedən sahə üzrə işgüzar aktivliyinin artmasına gətirib çıxaracaqdır.
Tədbirə xüsusi dəvət olunmuş Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Kənd Təsərrüfatı Sığortaları və Təbii Fəlakətlər İdarəsinin rəisi Bekir Engürülü və digər ekspertlər Türkiyə Respublikasının kənd təsərrüfatı və aqro sığorta mexanizmi üzrə ətraflı məlumatı əks etdirən təqdimatla çıxış ediblər.
AYDA 1850 MANAT ÖDƏNİŞLƏ PREMİUM MƏNZİL!
Tədbirin sonunda bank, sığorta və kənd təsərrüfatı sektorlarının mütəxəssisləri və digər qurumların nümayəndələri tərəfindən qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış “Kənd Təsərrüfatı sığortası haqqında” Qanun layihəsinin müzakirəsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
47 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
1 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib






.jpg)
.jpg)






.jpg)






