Ən çox məhsulları Rusiya və Türkiyədən idxal edirik
2018-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 146 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 92 ölkəyə məhsul ixrac olunmuş, 136 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 6894,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4703,5 milyon dollar, idxalın dəyəri 2191,1 milyon dollar təşkil etmiş, nəticədə 2512,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9 faiz, real ifadədə isə 6,3 faiz, o cümlədən ixrac 5,3 faiz, idxal 8,7 faiz artmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 19,2 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,8 faizini Türkiyəyə, 6,2 faizini Çexiyaya, 6,0 faizini İndoneziyaya, 5,6 faizini Almaniyaya, 5,1 faizini Avstriyaya, 4,9 faizini Kanadaya, 4,2 faizini Hindistana, 4,1 faizini Tayvana (Çinin əyaləti), hər biri 3,5 faiz olmaqla Rusiya və ABŞ-a, 2,9 faizini Gürcüstana, 2,3 faizini Yunanıstana, qalan 15,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiya, 14,3 faizi Türkiyə, 10,0 faizi Çin, 8,8 faizi Almaniya, 4,8 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi Belarus, 3,3 faizi İtaliya, 2,8 faizi İran, 2,3 faizi Çexiya, 2,2 faizi Qazaxıstan, 26,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2018-ci ilin yanvar-mart aylarında 356,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34,8 faiz, real ifadədə isə 29,6 faiz çoxdur.
2018-ci ilin yanvar-mart aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 66,5 faiz, meyvə və tərəvəz şirələri – 31,8 faiz, meyvə və tərəvəz konservləri – 27,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,1 dəfə, kartof – 2,1 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,2 faiz, polietilen – 10,3 faiz, qara metallardan borular – 15,6 faiz, pambıq ipliyi – 19,0 faiz artmış, təzə tərəvəz ixracı 1,5 faiz, şəkər – 47,5 faiz, tütün – 6,5 faiz, çay – 5,4 faiz, bitki yağları – 20,4 faiz, emal olunmamış alüminium – 17,2 faiz, pambıq lifi – 31,8 faiz, bentonit gili – 18,6 faiz, qara metallardan yarımfabrikatlar – 51,5 faiz azalmışdır.
2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında buğda idxalı 54,7 faiz, bitki yağları – 37,3 faiz, təzə meyvə – 51,5 faiz, çay – 18,0 faiz, mal əti – 29,8 faiz, qara metallardan borular – 2,2 dəfə, minik avtomobilləri – 2,7 dəfə, mineral gübrələr – 2,4 dəfə, mebel – 2,1 dəfə, qara metallardan çubuqlar – 63,6 faiz, rezin şinlər – 11,0 faiz, hesablama maşınları, blok və qurğuları – 32,1 faiz, polietilen – 59,4 faiz, paltaryuyan maşınlar – 66,5 faiz, yük avtomobilləri – 62,1 faiz, sement və sement klinkerləri – 2,8 dəfə, məişət soyuducuları – 3,0 dəfə artmış, siqaret idxalı isə 13,8 faiz, kərə yağı, digər süd yağları və pastaları – 5,4 faiz, kartof – 10,3 faiz, xam şəkər və şəkər – 78,6 faiz, quş əti və onun əlavə məhsulları – 12,3 faiz, təzə tərəvəz – 49,3 faiz, polad prokatı – 2,3 faiz, qara metallardan künclüklər – 6,1 faiz, məişət kondisionerləri – 26,2 faiz, avtobuslar – 24,0 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
11 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
11 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















