Dünya birjaları 1,5 trilyon dollar "əridi"
Qlobal istiqraz bazarındakı çalxalanma, ticarət müharibəsi narahatçılıqları və geosiyasi risklərin təsirləri ilə 2018-ci ilin ilk rübündə dünya birjalarının dəyəri 2017-ci ilin sonuna nisbətən 1,5 trilyon dollar azalıb.
Maliyyə bazarlarda, ABŞ-da prezident kürsüsünə oturan Donald Trampın qərarları, ABŞ və Şimali Koreya arasındakı siyasi gərginlik və "Brexit" prosesinin rəsmi olaraq başlanması kimi mühüm çətinliklərin yaşandığı 2017-ci ildən sonra, investorlar ilk rübdə "pis" bir ilə işarə edən hadisələrlə qarşı-qarşıya qaldılar.
Yeni ilə qədəm qoyulmasının ardından ABŞ ilə Çin arasında "ticarət müharibəsi" narahatlıqlarına səbəb olan hadisələr, xaricdə inflyasiya gözləntilərinin artması ilə istiqraz faizlərində baş verən sürətli yüksəliş, mərkəzi bankların pul siyasətlərində normallaşmağa təkan verməsi və gündəmə istiqamət verən geosiyasi risklər maliyyə bazarlarını təzyiq altında qoyub. Bütün bunlar birjaların bazar qiymətində azalmalara səbəb olub.
"Marja", Dünya Birjalar Federasiyasının (WFE) məlumatlarına istinadən xəbər verir ki, 2017 sonunda 85 trilyon 313 milyard 751,7 milyon dollar olan dünya birjalarının dəyəri, ilin ilk rübündə 83 trilyon 833 milyard 116,3 milyon dollara geriləyib. Sözügedən prosesdə dünya birjalarının dəyəri 1 faiz azalarkən, bu da 1 trilyon 480,6 milyard dollarlıq "əriməyə" işarə edir.
Bazar dəyərinə regional baxanda, ilk rübdə ən yaxşı nəticəni Amerika bölgəsindəki birjalar göstərib. Amerika zonasında yerləşən birjalarının dəyəri ilk rübdə 2017-ci ilin sonuna nisbətən 2,5 faiz artaraq 36 trilyon 517,1 milyard dollardan 37 trilyon 441,3 milyard dollara qalxıb.
Bu dövrdə, Asiya və Sakit Okean birjalarının bazar dəyəri 0,6%-lik artımla 29 trilyon dollardan 29,5 trilyon dollara çıxıb.
Avropa, Afrika və Orta Şərq bölgəsindəki birjalarda isə bazar dəyəri cəmi 13 faiz azalaraq 20,9 trilyon dollardan 17,2 trilyon dollara geriləyib.
BAZAR DƏYƏRİNİ ƏN SÜRƏTLİ ARTIRAN BİRJA
Dünya birjaları arasında ilk rübdə bazar dəyəri ən sürətli artan birja Seyşel Adaları birjası (Trop-X) olub. Seyşel adaları birjasının bazar dəyəri ilk rübdə 14 dəfə artaraq 18,8 milyon dollardan 1 milyard 323,1 milyon dollara çatıb. Seyşel Adaları birjası keçən il də bazar qiymətini 134,2 faiz artırmağı bacarmırşdı.
AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR
Bazar dəyəri artımında Seyşel Adaları birjasının ardınca, 35,1%-lik artımla Kipr birjası (Cyprus Stock Exchange), 20,1%-lik artımla Vyetnam birjası (Ho Chi Minh Stock Exchange) gəlir.
Həmin dövrdə bazar dəyəri ən çox geriləyən birja isə 13% azalma ilə İsrailın Təl-Əviv birjası (Tel-Aviv Stock Exchange) olub.
Bazar dəyəri "tələfatında" 8,6 faiz ilə Banqladeş birjası ikinci yeri tutub.
DÜNYANIN ƏN BÖYÜK BİRJASI
Dünya birjaları arasında ən böyük bazar dəyərinə malik Nyu York Birjası, ilk rübdə də yerini qoruyub. Keçən ilin sonunda 22 trilyon 824,9 milyard dollarlıq dəyərə malik olan Nyu-York Birjası, ilk rübdə böyüklüyünü 3,4 faiz artıraraq 22 trilyon 824,9 milyard dollara qaldırıb.
Bu dövrdə Nasdaq OMX-in isə bazar dəyəri 2,1 faiz yüksələrək 10,3 trilyon dollara qalxıb. Bazar dəyəri böyüklüyü baxımından dünya birjaları arasında üçüncü yeri isə 6,3 trilyon dollar ilə Japan Exchange Group tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 15 saat sonra
-
4 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
5 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
5 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat




















