İnkişaf edən ölkə pulları Trampın İran qərarı ərəfəsində ucuzlaşır
Asiya valyutaları, ABŞ Prezidenti Donald Trampın bu gün İran ilə nüvə razılaşması ilə bağlı verəcəyi qərar ərəfəsində dollar qarşısında ucuzlaşırlar.
"Marja" "Bloomberg"ə istinadən xəbər verir ki, Sinqapurda "ANZ Asiya"nın araşdırma direktoru Khoon Goh, "Dollarda davam edən möhkəmlənmə, İran qərarı və yaxınlaşan ABŞ-da inflyasiya məlumatları Asiya pul vahidləri üçün mühüm əhəmiyyət daşıyırlar. Neft qiymətlərindəki daha çox yüksəliş İndoneziya rupisi üçün mənfi bir hal olacaqdır. Dollarda möhkəmlənmənin davam etməsilə Dollar/İndoneziya Rupisi məzənnəsinin 14.000 psixoloji səviyyəsini qırması digər Asiya pullarına təzyiq göstərir" deyib.
Avstraliya Dolları, pərakəndə satışların proqnozdan aşağı qalması ilə dəyər itirib, Yapon Yeni məhdud yüksəlib.
İndoneziya Rupisi, Bazar ertəsi günü ABŞ Dolları/İndoneziya Rupisi məzənnəsinin 14.000 səviyyəsini qırması ilə Asiyadakı azalmalara rəhbərlik edib. İndoneziya Rupisi 2015-ci ilin sonlarından bu yana ən aşağı səviyyəyə enib.
Malayziya Ringgiti, Yanvar ayının ortasından bu yana ən aşağı səviyyəyə enib.
Çin Mərkəz Bankı (PBOC) yuan fiksingini ikinci gündə də 0.14 faiz azaldıb.
ABŞ Dolları/Hindistan Rupisi məzənnəsin Bazar ertəsi 0.6 faiz qalxmasının ardından bu gün üfüqi qalıb.
Xəbər verdiyimiz kimi, Avro, Dollar qarşısında beş ayın ən aşağı səviyyəsinə enib. Avro/dollar məzənnəsi 1.19 səviyyəsindən də aşağı düşərək 1.1885 səviyyəsini görüb (Avro ucuzlaşıb, Dollar bahalaşıb).
Dollar, mühüm valyutalar qarşısındakı güclü gedişini davam etdirir; ABŞ Dollarının G - 10 pulları qarşısındakı gedişini təqib edən Bloomberg Dollar Spot İndeksi 0.23 faiz artaraq 1161.93 bənd olub. ABŞ valyutasının 6 mühüm valyuta qarşısında dəyərini gösətərən Dollar İndeksi (DXY) isə 0.30 faiz yüksələrək 93.03 bənd səviyyəsinə qalxıb (saat 13:00-a olan məlumatlar).
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 50 d. əvvəl
-
55 d. əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 57 d. əvvəl
-
1 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
-
16 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi



















