Banklar xərclərini ödəməyəcək vəziyyətə düşürlər

Müştərilərə verilən kreditlərin azalması ilə bankların faiz gəlirləri azalır.
“Marja”nın Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikalarına əsasən apardığı araşdırma gösərir ki, ötən ilin yanvar-mart dövründə bank sektorunun faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə cəmi gəlirləri 512.9 milyon manat ikən 2018-ci ilin eyni dövründə 428 milyon manat təşkil edib. Qısası, banklar ötən ilin ilk rübü ilə müqayisədə bu ilin ilk rübündə 84,9 milyon manat az faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirlər əldə ediblər.
Kreditlər üzrə faiz gəlirləri 382.8 milyon manatdan 287 milyon manata geriləyib (95,8 milyon manat azalma).
Ötən ilin ilk rübündə bankların qeyri-faiz gəlirləri 272 milyon manat təşkil etmişdirsə, bu ilin 1-ci rübündə 114.5 milyon manat olub. Bankların qeyri-faiz gəlirləri 157,5 milyon manat azalıb.
Müqayisə olunan dövrdə faiz və qeyri faiz gəlirəri üzrə cəmi azalma 242,4 milyon manat təşkil edib.
Ötən ilin ilk rübündə 310.2 milyon manat əməliyyat mənfəəti əldə etmiş banklar bu ilin eyni dövündə 147.9 milyon manat əməliyyat mənfəəti təmin edə biliblər (162,3 milyon manat azalma).
2018-ci ilin ilk rübündə banklar aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 197.5 milyon manat ayırıblar. Ötən ilin eyni dövründə bu məbəğ 180.7 milyon manat idi. Ayırmaların artması bankların daha çox kreditin pisləşəcəyini gözləmələri ilə bağlıdır.
İlk rübdə bankların əməliyyat mənfəəti (147.9 milyon manat) bankların ehtiyatlara ayırmalarından (197.5 milyon manat) az olub.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
İlk 3 ayı Azərbaycanın bank sektoru 55,9 milyon manat xalis zərəri ilə başa vurub. Bank sektoru üzrə zərərin yaranması VTB Bank (Azərbaycan)-ın 2018-ci ilin yanvar-mart dövrünü 247 milyon 412 min manat zərər ilə başa vurmasıdır. Ümumiyyətlə, 2018-ci ilin 1-ci rübünü 7 bank zərər ilə başa vurub. 7 bankın birlikdə zərəri 23 bankın mənfəətini üstələyib. Bu səbəbdən bank sektoru üzrə yekun nəticə mənfidir.
Əlavə edək ki, 2018-ci ilin ilk rübünün maliyyə nəticələri göstərir ki, gəlirlərin azalması ilə əlaqədar olaraq 6 bankın gəlirləri xərclərini ödəmir. 3 bankda xərclərin gəlirlərdən yüksək olması daha çoxdur. Bu banklar ya xərcləri kəskin azaltaraq gəlirə uyğunlaşdırmalı, ya da müştərilərə verilən kreditlər ciddi məbəğdə artırılaraq cəmi gəlirlər yüksəldilməlidir. Bu da hazırkı vəziyətdə çox çətindir. Başqa yollar digər banka birləşmək və ya fəaliyyəti dayandırmaqdır. Qeyd edək ki, Marja.az Aprel ayında bu banklar haqqında məlumat verib.
Qeyd edək ki, mənfəət əldə edən bankların da qazancları azalır. Mənfəətdə olan banklar bu ilin ilk rübündə ötən ilin ilk rübü ilə müqayisdə daha az qazanıblar.
Mənfəət və zərər haqqında hesabat (Bank sektoru üzrə) (mln manatla)
Mənfəət və zərər maddələri | 3/31/2017 | 31.03.2018 |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri | 512.9 |
428.0 |
1.1 Kreditlər üzrə faizlər | 382.8 |
287.0 |
2. Faiz və onlara bağlı xərclər | 253.7 |
151.9 |
2.1 Depozitlər üzrə faizlər | 100.3 |
95.1 |
3. Xalis faiz gəliri (zərəri) | 259.3 |
276.1 |
4. Qeyri-faiz gəlirləri | 272.0 |
114.5 |
5. Qeyri-faiz xərcləri | 221.0 |
242.7 |
6. Əməliyyat mənfəəti (zərəri) | 310.2 |
147.9 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | 180.7 |
197.5 |
8. Digər gəlirlər (xərclər) | 2.7 |
1.4 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) | 132.2 |
(48.2) |
10. Mənfəətdən vergilər | 8.7 |
7.7 |
11. Xalis mənfəət (zərər) | 123.4 |
(55.9) |
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
28 d. əvvəl
Azərbaycan-Qırğızıstan İnkişaf Fondu "Eldik Bank" ilə memorandum imzalayıb
-
-
35 d. əvvəl
Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
- 43 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Türkiyənin daha bir restoranlar şəbəkəsi Azərbaycan bazarına daxil olub
-
1 saat əvvəl
Azərbaycan və Avropa İttifaqı yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar
-
1 saat əvvəl
"Sabunçu Bazarı”ın əsas səhmdarının payları qanuni varisi qismində həyat yoldaşına keçir
- 1 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
Son Xəbərlər

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib

Yaponya Mərkəzi Bankı faizini sabit saxladı

Rəsmi məzənnələr açıqlandı

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmir işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ
Ən çox oxunanlar

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank 96 ədəd RAM alır
