Qızıl sahəsi aşkarlanıb, ərazidə geoloji tədqiqat işləri başlayıb
“AzerGold” QSC geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirməkdədir
“AzerGold” QSC fəaliyyət göstərdiyi son iki ildə Daşkəsən rayonunda yerləşən Çovdar qızıl mədənində hasilatın bərpası, qiymətli metalların ixracı və satışının təşkili, həmçinin istehsalat proseslərinin optimallaşdırılması işlərini uğurla başa çatdırmışdır.
QSC-nin yaydığı məlumata görə, nəticədə “AzerGold” QSC əlvan metalların hasilatını əhəmiyyətli dərəcədə artıraraq qeyri-neft ixracının genişlənməsinə önəmli töhfəsini vermişdir.
Hazırda “AzerGold” QSC tərəfindən bir sıra yataq və perspektivli ərazilər üzrə kəşfiyyat işləri aparılır. Görülən işlərin məqsədi yeni əlvan metal yataqlarının kəşf edilməsi ilə yanaşı, məlum yataqların resurs və ehtiyatlarının artırılması, hesablanması və təsdiqlənməsidir.
Oksid (yerüstü) mərhələsi çərçivəsində istismarı davam edən Çovdar mədəninin növbəti mərhələsi olan sulfid (yeraltı) mərhələsi çərçivəsində qızıl, gümüş və mis ehtiyatlarının qiymətləndirilməsi üçün buruq-qazma işləri qrafik üzrə davam etdirilir. Qeyd edək ki, sulfid fazası çərçivəsində metallurji testlər aparılacaq, laborator analizlərin nəticələri təhlil ediləcək. Bu mərhələ üçün yekun texniki-iqtisadi əsaslandırma sənədinin xarici məsləhətçi şirkət tərəfindən cari ilin sonunda hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, Çovdar mədəninin yaxın və uzaq cinahlarında çöl sınaqlaşdırma işləri həyata keçirilir, perspektivli ərazilər üzrə geofiziki tədqiqatlar aparılır. Məhz bu tədqiqatlar sayəsində cari ildə Çovdar yatağından 5-7 kilometr məsafədə yerləşən Ağyoxuş perspektivli qızıl sahəsi aşkarlanmış, ərazidə kompleks geoloji tədqiqat işləri başlanılmışdır.
Balakən rayonu ərazisində yerləşən Köhnəmədən sahəsində də geniş tədqiqat və kəşfiyyat işləri həyata keçirilir. Ehtiyatlarının həcminə görə Avropanın ikinci ən böyük yatağı hesab edilən və dünya polimetal yataqlarının ilk onluğuna daxil olan Filizçay yatağı üzrə metallurji testlərin, mühəndis-geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin ətraf mühitin qiymətləndirilməsi sənədinin hazırlanması nəzərdə tutulub. Filizçay yatağında ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən cari ilin 2-ci rübündə hazır ediləcək. Köhnəmədənin digər yatağı - Mazımçay yatağında buruq-qazma işlərinin birinci mərhələsi başa çatdırılmışdır. Alınan nəticələr analiz üçün yerli və xarici laboratoriyalara göndərilib. İlkin nəticələr əsasında ərazidə növbəti mərhələ buruq-qazma işlərinin icrası planlaşdırılır. Qeyd edək ki, Mazımçay mis yatağının resurslarının artırılması və təsdiqlənməsi Filizçay layihəsinin iqtisadi səmərəliliyini artıra bilər.
Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində 2017-ci ilin 4-cü rübündə kompleks geofiziki tədqiqatlar aparılıb və cari ildə buruq-qazma işlərinin başlanması planlaşdırılır.
2018-ci ildə bütün layihələr üzrə həyata keçirilməsi planlaşdırılan buruq-qazma işləri çərçivəsində qazılacaq quyuların ümumi dərinliyi 20,000 metrdən çox təşkil edəcək.
“AzerGold” QSC tərəfindən həyata keçirilən kəşfiyyat işləri yerli peşəkar geoloq və mütəxəssislər tərəfindən, həmçinin beynəlxalq ekspertlərin dəstəyi ilə icra olunur. Geofiziki tədqiqat işləri Cəmiyyətin sifarişi ilə təchiz edilən ən müasir, naqilsiz geofiziki avadanlıq və proqram təminatı vasitəsi ilə həyata keçirilir ki, bu da məlumatların daha dolğun, düzgün və səmərəli olmasını təmin edir.
Tədqiqat işlərinin uğurla həyata keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, müvafiq yerli və xarici laboratoriyalar, həmçinin dünyanın aparıcı məsləhətçi şirkətləri olan “SRK Consulting” və “Micon International Limited” (Böyük Britaniya) şirkətləri ilə əməkdaşlıq edilir.
Müştərilərin xəbərləri
Trendyol üçüncü Dayanıqlılıq Hesabatında karbon neytrallığı hədəfinin 70%-nə daha tez çatacağını açıqlayıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Araz” AI Challenge - 2025” müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
- 1 saat əvvəl
-
1 saat əvvəl
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
-
2 saat əvvəl
5 BOKT-un illik vergiyəqədərki mənfəəti 6 milyon manatdan az deyil
-
2 saat əvvəl
Ermənistan parlamentinin sədri Bakıya səfər etməyə hazır olduğunu bildirib
-
2 saat əvvəl
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
ATV kanalına xəbərdarlıq edilib - "Reklam haqqında" qanun poulub
Vergi yükünün 30 faiz azaldılmasında məqsəd kirayə bazarı üzrə “ağarmaya” nail olmaqdır - VİDEO
Bankda "Qara cümə" kampaniyası
Ən çox oxunanlar
"İnvestor portalının mobil tətbiqinin hazırlanmasını hədəfləyirik"
"Qazaxıstan Dəmir Yolu": Azərbaycanla yük daşımaları kəskin artıb
ADY və Rusiya Dəmir Yolları arasında mühüm razılaşma
Noyabrın 27-də gözlənilən hava şəraiti
"Prime Cotton" şirkəti kənd təsərrüfatı texnika və avadanlıqlarının satışını elan edir
Bakcell və Visa tərəfdaşlığa başlayır
İri bank “Neftçilər”də yeni filial açdı
















.jpg)




