Bakı-Naxçıvan təyyarəsi quş ilə toqquşub
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
Bunu "Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.
“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, - deyə P.Kəsəmənski vurğulayıb.
P.Kəsəmənski onu da əlavə edib ki, hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 29 d. əvvəl
-
45 d. əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Kiçik sahibkarlar böyük marketlərə daxil olmaqda çətinlik çəkir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub
-
2 saat əvvəl
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq
-
2 saat əvvəl
Bakı Fond Birjası 2024-2026-cı illər üzrə Strateji İnkişaf planını təqdim etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Panda Boyaları” sərgi satış mağazasının açılışı olub – FOTOLAR + VİDEO