"Qala Həyat" 2017-ni mənfəətlə bağlayıb - RƏQƏMLƏR
Azərbaycanda 3 həyat sığortası şirkətindən biri olan "Qala Həyat" Sığorta Şirkəti 2017-ci ili 1 milyon 289 min manat xalis mənfəətlə başa vurub. Şirkət 2016-cı ili 2 milyon 589 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ilik müqayisədə şirkətin xalis mənfəəti 2 dəfə azalıb.
"Marja" şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Qala Həyat"ın cəmi gəlirləri 29 milyon 923 milyon manat, cəmi xərcləri isə 28 milyon 280 min manat təşkil edib. Şirkət təxminən 354 min manat mənfəət vergisi ödəyib.
Ötən il "Qala Həyat"ın cəmi gəlirlərinin 19 milyon 967 min manatını sığorta haqları, xərlərinin isə 17 milyon 678 min manatını sığorta ödənişləri təşkil edib.
Ötən il xalis sığorta ehtiyatlarının 7 milyon 557 min manatı gəlirə çevrilib. Həmçiin şirkət 2 milyon 383 min manat investisiya gəliri əldə edib.
2016-cı ildə "Qala Həyat" Sığorta Şirkətinin cəmi gəlirləri 40 milyon manat, cəmi xərcləri isə 36 milyon 736 min manat təşkil etmişdi. Həmin il gəlirlərin 31 milyon 963 min manatını sığorta haqları, xərclərin isə 19 milyon 79 min manatını sığorta ödənişləri formalaşdırmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 d. əvvəl
-
- 20 d. əvvəl
-
51 d. əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 1 saat əvvəl
-
2 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
2 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 3 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan neftinin son qiyməti
Mercedes yenə BMW-dən geri qaldı
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

























