CDB Bank ailəsinin üzvü olmaq şansı -VAKANİYALAR

CDB Bank "Əməletmə üzrə menecer" (Compliance manager) və Zəng Mərkəzinin Operatoru axtarır.
"Əməletmə üzrə menecer"
İşçinin vəzifələri:
-Müştərilər tərəfindən aparılmış hər hansı şübhəli əməliyyatların təhlil edilməsi
-Aparılan müştəri əməliyyatları üçün lazımi təsdiqedici sənədlərin sorğu vasitəsi ilə müştəridən tələb edilməsi
İnternet və bankdaxili informasiya resurslarından istifadə etməklə müştəri və onun əməliyyatı haqqında məlumatların tam olaraq əldə edilməsi
-Müştəri və əməliyyatın təhlili nəticələri haqqında fikirlərin və qərarların hazırlanması
-Monitorinq və Bankın Compliance Risklərinin idarə edilməsi
-Azərbaycan Respublikası Qanunları çərçivəsində Bankın Compliance Risk İdarə edilməsi prosedurlarının tətbiq edilməsi
-Bankın struktur bölmələrində pozuntuların aşkar edilməsi (Compliance Risk çərçivəsində)
Vəzifəyə qəbul üçün tələblər:
Təhsil: Ali (iqtisadi/hüquqi təhsil almış namizədlərə üstünülük verilir)
Bilik: Azərbaycan, Türk, Rus və İngilis dillərində sərbəst danışma
1. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu
2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU”
4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
5. “Valyuta Tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu
6.Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında qaydalar
7. Azərbaycan Respublikasının bank sistemində xarici valyuta əməliyyatları üzrə uçot qaydaları
8. Azərbaycan Respublikasının bank sistemində qiymətli kağızlarla əməliyyatlar üzrə uçot qaydaları
9. Azərbaycan Respublikasında fəaliyyət göstərən Banklar arasında hesablaşmaların aparılması qaydaları
10. Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat
11. PL\TMM normativ aktları biliyi
Bacarıq: MS Office və MS Excel proqramlarında işləyə bilmək bacarığı Yüksək kommunikasiya bacarıqları, sazişlərin bağlanması qabiliyyəti
İş Təcrübəsi:
- Bankın audit, risklərin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi
CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.
Vakansiya: Zəng Mərkəzinin Operatoru
İşçinin vəzifələri:
- Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək;
- Bütün bank məhsulları və xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək;
- Bankın internet səhifəsində onlayn müraciətləri qəbul etmək və cavablandırmaq;
- Bank xidmət və məhsulları ilə problemləri olan müştərilərin müraciətlərini səlahiyyəti çərçivəsində problemlərin həllində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək;
- Department rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir;
Vəzifəyə qəbul üçün kriterilər:
Təhsil: Ali (iqtisadi və ya biznes yönəmi üzrə təhsili olan namizədlərə üstünlük verilir)
Bilik: Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışıq
Bacarıq: Xoş səs tembri, mükəmmək etik davranış, yazı və danışıq, dəqiqlik, diqqət, operativlik, məsuliyyət
Təcrübə: Bank və ya oxşar kredit institutlarında Call Center sahəsində ən azı 1 il iş təcrübəsi.
CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik.
CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
13 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
20 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
20 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
21 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 21 saat əvvəl
-
22 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
