Palata kredit İttifaqları və lizinq şirkətləri üçün təlim keçirir
Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) kredit İttifaqları və lizinq şirkətləri üçün Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) iş mexanizmi və elektron portalının istifadəsi qaydaları üzrə təlim keçirilib.
Palatanın yaydığı məlumata görə, sözügedən təşkilatların 50 nəfərdən çox nümayəndənin iştirak etdiyi təlimdə reyestrin əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, reyestrin maliyyə xidmətlərinin istehlakçıları üçün faydası barədə məlumat verilib.
Reyestrin üstünlükləri barədə danışılarkən bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Reyestr vasitəsilə kredit almaq imkanlarının genişlənməsi, daşınar əmlakların təminata cəlb edilməsinin stimullaşdırılması, hər növ daşınar əmlakın yüklülüyünün mümkün edilməsi həyata keçiriləcəkdir.
Təlimdə iştirak edən qonaqlar təmsil etdikləri təşkilatlarda reyestrin istifadəsinin tətbiq edilməsi mərhələsində Palata ilə sıx əməkdaşlıq edəcəklərini bildiriblər.
Qeyd edək ki, Daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə müvafiq olaraq yaradılmışdır. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının 2 may 2017-ci il Qanunu ilə Reyestrin yaradılmasının hüquqi əsasları müəyyən edilmişdir. Həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il Fərmanı ilə reyestrin aparılması Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























