Norm texniki heyətinin peşəkar hazırlığı davam edir
Norm Sement istehsal etdiyi daxili və beynəlxalq keyfiyyət standartlarına uyğun sement məhsulları ilə bazarda liderə çevrilib. Yüksək keyfiyyətli məhsulların istehsalı və müştərilərə vaxtında çatdırılması peşəkar komandanın düzgün iş prinsipi, sement və beton sahəsinə dair bilikləri, geniş təcrübə və bacarıqları sayəsində ərsəyə gəlir.
Norm Sement zavoduna texniki heyətin və satış komandasının peşəkar hazırlığı üçün daim yüksək ixtisaslı ekspertlər dəvət olunurlar. Zavodda mütəmadi olaraq yerli peşəkarlarla yanaşı, xarici mütəxəssislərin təlimləri təşkil olunur. Belə təlimlərdən biri də 27 fevral 2018-ci il tarixində İsveçrənin PSA Zurich Tədris Mərkəzinin rəhbəri Yurgen Oknikin iştirakı ilə keçirilib. Norm şirkətinin növbəti təlimlərinin bu ilin iyun və oktyabr aylarında baş tutacağı gözlənilir.
Təlim zamanı Norm Sement texniki heyəti və satış komandası ilə sement və beton sənayesində tətbiq olunan ən son yeniliklər, Norm Beton Mərkəzində quraşdırılmış, müasir dünya standartlarına uyğun Almaniyanın istehsalı olan CPTS avadanlığının mahiyyəti, onun vasitəsilə aparılan sement, qum, mineral və kimyəvi qatqıların sement məhlulundakı reoloji xassələrinin təhlillərinin nəticələri, həmçinin klinker aktivliyinin təyin edilməsi metodları müzakirə olunub, iştirakçıların sualları peşəkar təlimçi Y.Oknik tərəfindən cavablandırılıb.
Tədbirdə iştirakçılara beton məmulatlardan istifadənin üstünlükləri, betonun tətbiq sahəsinə görə düzgün hazırlanma qaydaları, yarana biləcək çatların səbəbləri və aradan qaldırılması üsulları, yay fəslində, isti hava şəraitində inşaat sahəsində tökülən beton qarışığının daxili və xarici temperaturuna optimal nəzarətin təşkil olunması barədə ətraflı məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi şəklində həyata keçirilməklə yanaşı, maarifləndirici və innovativ xarakter daşıyan təlim zavodun peşəkar heyəti tərəfindən yüksək qiymətləndirilib.
Norm Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısı olub bazarda 4 çeşiddə sement məhsulu ilə mövcuddur: KLASS A (CEM II/A-P 32,5R), KLASS B (CEM II/B-L 32.5R), KLASS C500 (CEM II/A-P 42,5 R) və sulfatadavamlı portlandsement KLASS S (CEM II/A-P 42,5 N). Yüksək keyfiyyət normalarına və ən son texnologiyanın tələblərinə cavab verən Norm məhsulları öz sahəsində beynəlxalq nüfuza malik qurumlar tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Almaniyanın VDZ Elmi-tədqiqat İnstitutu tərəfindən Norm məhsullarına DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
3 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
3 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
4 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"

























