60-cı mağazasını düz şəhərin mərkəzində - Nizami küçəsində açdı!
"Optimal Elektronika" şirkəti Nizami küçəsində yeni, ən böyük mağazalarından birinin təntənəli açılış mərasimini keçirib.
Şirkətdən "Marja"ya verilən məlumata görə, 1000 kv. m sahəyə malik olan "Optimal Nizami filialında geniş çeşiddə mobil telefon, televizor, digər elektronika məhsulları və məişət avadanlıqları mövcuddur.
Çox sərfəli kredit şərtləri və münasib qiymətlərlə məhsul ala biləcəyiniz Optimal Nizami filialında açılış günü məbləğindən asılı olmayaraq alış-veriş edən bütün müştərilərə hədiyyələr təqdim olunmuşdur. Hal-hazırda mart ayının 31-nədək Optimalda xüsusi Novruz Kampaniyası qüvvədədir. Bütün mağazalarda olduğu kimi Nizami filialında da Novruz kampaniyası keçərlidir. Bu kampaniyaya əsasən müştərilər nağd alış zamanı həm endirim, həm də hədiyyə qazana, kreditlə isə 12 aylıq ilkin ödənişsiz, faizsiz, komissiyasız şərtlərdən yararlana bilərlər.
17 mart tarixinə təsadüf edən açılışda Optimal Şirkətinin əməkdaşları, partnyor şirkətlər, sənət və media aləminin dəyərli nümayəndələri iştirak edib.
Qırmızı lent kəsildikdən sonra qonaqlarla birlikdə mağazaya daxil olan şirkət rəhbəri Əhəd Əsgərov, “Məqsədimiz azərbaycanlıların qürur duyacağı bir şirkət olmaqdır” - deyərək şirkətin 20 illik təcrübəsindən və gələcək perspektivlərindən bəhs edib.
Maraqlı proqramla davam edən tədbirdə Anar Şuşalının “Optimal” mahnisi ifa edilib, milli rəqs göstərisi olub, zövq oxşayan musiqi ifaları səsləndirilib, qonaqlara nəfis təamlar ikram edilib.
Xatırladaq kı, 60-ci mağazasını açan “Optimal Elektronika” Şirkəti 1997-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Optimal Azərbaycanın ən böyük məişət texnikası, elektronika və mebel satan mağazalar şəbəkəsindən biridir. Bakıda 29, bölgələrdə isə 31 mağazası ilə müştərilərə xidmət göstərən Optimal Bosch, Samsung, Vestel, Sony, Carrier, Simfer, Karcher, Singer kimi dünya brendləri ilə əməkdaşlıq etməklə yanaşı, öz müştərilərinə yüksək servis xidmətini də həyata keçirir. Optimal Şirkəti bütün məhsullarına 3 ilədək zəmanət, pulsuz çatdırılma və quraşdırılma təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)








