Toyota ABŞ-a xəbərdarlıq etdi - "AVTOMOBİLLƏR BAHALAŞACAQ"
ABŞ-ın dəmir və alüminium idxalına tətbiq etməyə planlaşdırdığı əlavə vergilər ölkədəki avtomobil qiymətlərini yüksəldəcək. Bununla bağlı ilk xəbərdarlı "Toyota" tərəfindən edilib.
Dünyanın ən böyük dəmir idxalçısı olan ABŞ, dəmir idxalına 25 faiz və alüminium idxalına 10 faiz əlavə vergi qoymağı planlaşdırır. ABŞ hər il ölkədə istifadə edilən 100 milyon ton dəmirin üçdə birini, 5.5 milyon ton alüminiumun isə hamısına yaxınını idxal edir.
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Trump, sözügedən planı dəqiqləşdirmək üçün ABŞ-ın dəmir və alüminium sənayesi rəhbərlərini iclasa çağırıb. ABŞ-ın dəmir və alüminium istehsalçıları qərarı dəstəkləyirlər. Dəmir və alüminiumun intensiv istifadə edildiyi sektorlarda isə qiymət artımı qaçılmaz görünür.
AVTOMOBİL ÜÇÜN MƏNFİDİR
Bununla bağlı ilk siqnal avtomobil nəhəngi Toyota-dan verilib. Toyotadan verilən açıqlamada, idxal dəmir və alüminiuma tətbiq ediləcək əlavə vergilərin xərcləri və bu səbəbdən avtomobillərin satış qiymətini qaldıracağı qeyd olunub.
Açıqlamada, "ABŞ rəhbərliyinin bu qərarı avtomobil istehsalçılarına, dilerlərə və istehlakçılara mənfi təsir edəcəkdir" deyilir.
ABŞ rəhbərliyinin əlavə vergilərlə bağlı qərarını gələn həftə ərzində rəsmən açıqlaması gözlənilir.
ABŞ dəmir idxalını ən çox Kanada, Braziliya və Cənubi Koreyadan edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
- 16 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq
- 42 d. əvvəl
- 55 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
SOCAR Midstream ağacəkmə aksiyası keçirib
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif
Ən çox oxunanlar
“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla!
“Azərkosmos” ümumi gəlirlərinin 66%-ni ixracdan qazanır
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdədir - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
Azərbaycan neftinin son qiyməti
Azərbaycand bank filiallarının sayı 15 sayda artıb

















.jpg)

