İki nəhəng çökür
İngiltərədə oyuncaq mağazaları şəbəkəsi "Toys R Us UK" və elektronika mağazaları şəbəkəsi "Maplin" çox çətin günlər keçirir. İki şirkətdə 5500 nəfər işini itirəcəyi bildirilir.
"Marja" xəbər verir ki, oyuncaq nəhəngi "Toys R Us" və elektron mağazaları "Maplin" iflasın astanasındadır. ABŞ-ın "Toys R Us" markasının Böyük Britaniyada yerləşən şirkəti uyğun bir xilasetmə paketi tapılmadığı üçün müflisləşmə razılaşması elan edib (borcun ödənəcəyi barədə xoş niyyətli razılaşma).
İngiltərənin bir başqa böyük pərakəndə satış təşkilatı olan "Maplin" də eyni dərddən əziyyət çəkir və cəmi 5.500 adamın işindən olacağı bildirilir.
"Maplin", daha əvvəl satışa çıxarılmasına baxmayaraq alıcılarla olan danışıqlar uğursuz nəticələnmişdi. Keçən il 235 milyon funt-sterlinq dövriyyə edən "Maplin"in borcunun kapitalına nisbəti 95%-ə çatıb. Şirkətin "Brexit"dən sonra ucuzlaşan funt-sterlinq səbəbindən ciddi zərər gördüyünü bildirir.
"Toys R Us" da satış üçün cəhd etmiş, ancaq ciddi bir alıcı tapa bilməmişdir.
"Maplin"in Britaniya üzrə 200 mağazası və 2500 əməkdaşı olarkən, "Toys R Us"ın da 105 mağazası və 3 min nəfər işçisi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
22 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 22 saat əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















