Azərbaycanın 5 iri bankı bazarın 65%-nə nəzarət edir
2017-ci ilin yekunlarına görə, Azərbaycanın 5 iri bankı - "Azərbaycan Beynəlxalq Bankı", "Paşa Bank", "Kapital Bank", "Xalq Bank" və "Azərbaycan Sənaye Bankı" ASC bank sektorundakı aktivlərin 65,23%-nə nəzarət edir.
Bu ilin əvvəlinə, adı çəkilən bankların məcmu aktivləri 18 milyard 190,266 milyon manat təşkil edib.
Hesabat tarixinə bank sektoru üzrə ümumi göstərici isə 27 milyard 886,04 milyon manat olub. Bu, 2016-cı ilin yekunları ilə müqayisədə 2 milyard 869,415 milyon manat və yaxud 9,3% azdır.
Xatırladaq ki, ötən ilin əvvəlinə bank sektorunun məcmu aktivləri 30 milyard 755,455 milyon manat, ən iri 5 bankın məcmu aktivləri isə 21 milyard 186,679 milyon manat təşkil edib. Yəni, iri banklar bazarın 68,9%-nə nəzarət edib.
Müqayisə üçün bildirək ki, sözügedən nisbət Rusiyada 55,8% təşkil edir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 7 saat əvvəl
-
7 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
7 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
8 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
9 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
9 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 9 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

























