Hərracda və hərracdan kənar satılmış Dolların həcmi açıqlanıb
2017-ci il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 99 valyuta hərracı keçirilmişdir.
"Marja" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, dövr ərzində ARDNF-in xarici valyuta satışları 3 milyard 597.8 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da 2016-cı il ilə müqayisədə 26.3% azdır.
Hesabat ilində Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının Bloomberg platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərmişdir. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı- satqı əməliyyatlarının həcmi 1 milyard 65 milyon ABŞ dolları olmuşdur.
2017-ci il ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.
İl ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilmişdir. Yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlamağa başlamışdır. 2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində olmuşdursa, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxmış, 06.12.17 tarixində isə minimum həddinə - 1.7000 AZN-ə enmişdir. 2017-ci ilin sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlindən 4% ucuzlaşmışdır. İl ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7206 manat təşkil etmişdir.
"Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 29 dekabr 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5.3 mlrd. ABŞ dolları təşkil etmişdir. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s) üstələmişdir",- İcmalda bidirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
15 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)







