2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin!
Bəzi alıcılar tikintisi yeni başlayan binalardan mənzil almağa üstünlük vermirlər. Bir çox ailələr kirayədə yaşadığından və ya ailə yeni qurulduğundan alınan mənzilə qısa müddətdə köçmək istəyirlər. Bu baxımdan 2018-ci il ərzində yaşayışa təhvil veriləcək binalardan mənzil almaq bir fürsətdir.
Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yaşayış binaları tikən, indiyədək minlərlə ailəni kupçalı mənzil sahibi edən “Kristal Abşeron” şirkəti 2018-ci ildə əksər layihələrini təhvil verəcəkdir.
Şirkətdən verilən məlumata görə, Bakı şəhərində “8-ci mikrorayon”, “Əcəmi 2”, “İnqilab 2”, “Şərifzadə” layihələri, Xırdalan şəhərində “Xırdalan 2”, Sumqayıt şəhərində “Sahil Park Sumqayıt”, “Sumqayıt 9-cu mikrorayon”, “Sumqayıt 10-cu mikrorayon” layihələri təhvil veriləcəkdir. Layihələrin ünvanları və binalar barədə daha ətraflı məlumatı https://kristalabsheron.az/az/projects/index ünvanından oxuya bilərsiniz.
“Kristal Abşeron” şirkəti 2018-ci ildə daha 4 yeni layihənin inşasına da başlayacaqdır. Yaxın vaxtlarda ünvanlar barədə ictimaiyyətə məlumat veriləcəkdir.
“Kristal Abşeron”un bütün layihələrini birləşdirən ortaq 5səbəb– Avropa istehsalı materiallarla keyfiyyətli təmir, isti və soyuğa davamlı izolyasiya sistemləri, vaxtında təhvil, sərfəli ödəmə üsulları və ən əsası bütün mənzillərin çıxarışla (kupça) təmin edilməsidir.
“KÖÇ YAŞA” ŞƏKLİNDƏ TAM TƏMİR
Vətəndaşlar üçün təmirin hesab edilən qədər asan olmadığını başa düşən “Kristal Abşeron” şirkəti mənzilləri Azərbaycanda ilk dəfə olaraq 2013-cü ildən başlayaraq kütləvi şəkildə tam təmirli, “köç yaşa” şəklində təhvil verir. Təmirə Türkiyə istehsalı giriş qapısı, Belarusiya istehsalı mənzilin daxili qapıları, Almaniya texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. şirkətinin istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, Belarus və Rusiya istehsalı parket döşəmə (palıd) və s. daxildir. Təmir dedikdə bütün aksesuarlar ilə nəzərdə tutulur və alıcı əlavə xərclər çəkməli olmur.
SAKİNLƏR ƏZİYYƏTSİZ YAŞAYIR
"Kristal Abşeron" şirkəti binaları metro stansiyalarına, marşrut yollarına, bağça, məktəb, market kimi obyektlərə yaxın ərazilərdə inşa edir. Qısası, hər şey əlinizin altında olacaqdır.
YAYDA SƏRİN, QIŞDA İSTİ MƏNZİLLƏR
“Kristal Abşeron” layihələrində “TexnoNikol” şirkətinin izolyasiya məhsulundan istifadə edilir. Binaların cəbhəsi (çöl hissəsi) soyuğa, istiyə, nəmlənməyə dayanıqlı təbii daşlardan hazırlanan daş yunu ilə üzlənir. Daş yunu binanın çöl divarı ilə iç divarı arasındakı temperatur fərqini azaltdığından soyuq havada mənzili isti, isti havada isə sərin qalmasını təmin edir. Nəticədə, mənzil sahibləri enerji xərclərinə 70%dək qənaət etmiş olurlar.
SƏRFƏLİ SATIŞ ŞƏRTLƏRİ
“Kristal Abşeron” şirkətinin bu il təhvil veriləcək yaşayış binalarında mənzillərin böyük hissəsi satılıb. Çox az sayda qalan mənzillər düzgün qərar verən alıcıların olacaqdır. Mənzillər, 20 faiz ilkin ödənişi olan 25 illik ipoteka ilə (illik 7%) təklif olunur.
QISA MÜDDƏTDƏ, VAXTINDA TƏHVİL
Bu gün, tikilməkdə olan binadan mənzil alaraq uzun müddətdir yeni mənzilinə köçə bilməyən ailələr minlərlədir. Bir çox tikinti şirkəti binanı söz verdiyi vaxtda təhvil verə bilmir. Fəxrlə qeyd edək ki, indiyədək “Kristal Abşeron” şirkəti 10 layihəsi üzrə binaların tikintisini vaxtında tamamlayaraq sakinlərin ixtiyarına vermişdir. Şirkətin “Bayıl”, “Xırdalan 1”, “Yeni Günəşli 1”, “Sumqayıt 6-cı mikrorayon” və s. layihələri nümunələr kimi göstərilə bilər. Ötən illər ərzində ailələrə tam təmirli, “kupçalı” mənzillər təhvil verməsi “Kristal Abşeron”u ən güvənli tikinti şirkətlərindən birinə çevirmişdir.
Layihələr barədə daha ətraflı: http://kristalabsheron.az/az/project/index/43
https://www.facebook.com/KristalAbsheron/?fref=ts
Tel:*1544
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
3 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
3 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
4 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















