İstehsal şirkəti “PAŞA Bank”ın təşkilatçılığı ilə kredit cəlb etdi
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin törəməsi - “Azerbaijan International Mining Company Ltd.” “PAŞA Bank” ilə sindikatlaşmaya daxil olub.
Bu barədə şirkət məlumat yayıb.
Məlumata görə, “Paşa Bank”ın təşkilatçı olduğu sindikatlaşma iki illik 15 mln. ABŞ dollarına qədər illik 7%-li sabit faiz dərəcəsi ilə krediti nəzərdə tutur.
Kreditin 13,470 mln. dolları “Amsterdam Trade Bank N.V”, “Gazprombank (Switzerland) Ltd.”, “Anglo-Asian”nın baş icraçı direktoru Reza Vaziriyə və “Yapi Credit Bank”a mövcud kreditlərin geri ödənilməsinə istifadə olunacaq. Yenidən maliyyələşmədən sonra bu il şirkətin əsas borc ödənişi 5,1 mln. dollara qədər azalacaq.
“Bu il mövcud borcların əsas hissələrinin daha əlverişli faiz dərəcələri ilə yenidən maliyyələşməsi 8,4 mln. dollar məbləğində vəsaitin Gədəbəydəki yataqların genişləndirilməsi və optimallaşdırma işlərinə cəlb edilməsinə imkan verəcək”, - deyə məlumatda qeyd olunub.
Həmçinin qeyd edilib ki, yenidən maliyyələşmə ilə Azərbaycan Beynəlxalq Bankından cəlb edilən 2,1 mln. dollar məbləğindəki kreditin faiz dərəcəsinin 12%-dən 7%-ə enməsi barədə razılığa gəlinib.
Qeyd edək ki, “Anglo-Asian” şirkətinin “Amsterdam Trade Bank”a bu il avqustun 25-dək 3,699 mln. dollar, “Gazprombank”a həmin tarixədək ödənilməli olan 3,7 mln. dollar borcu var. Şirkət “YapıKredit Bank”a mart ayınadək 2,211 mln. dollar, “Anglo-Asian”nın baş icraçı direktoru Reza Vaziriyə gələn il yanvarın 8-dək 3,86 mln. dollar ödəməlidir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 40 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"






















