Bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün islahatlar aparılacaq
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi prioritet hədəfi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasında (Palata) görüş keçirilmişdir.
Palatadan "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan Respublikası Mərkəzi Bankının, bankların və xidmət mərkəzlərinin, habelə beynəlxalq kart təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə 2017-ci ilin dekabr ayında aparılmış diaqnostikanın, bank sistemində elektron bankçılıq xidmətləri, bank hesabları üzrə əməliyyatlar, ödəniş kartı infrastrukturu, elektron formada təqdim edilən xidmətlər və digər sahələr üzrə aparılan qiymətləndirmə nəticələri açıqlanmışdır.
Rəqəmsal bankçılıq sahəsində cari vəziyyətin müzakirə olunduğu tədbirdə, eyni zamanda bank xidmətlərində rəqəmsallaşmanın tətbiqinin sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində aparılacaq islahatlar və qarşıda duran perspektivlərə dair təkliflər müzakirə edilmişdir.
Qeyd edilmişdir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banklarla fərdi qaydada görüşlərin keçirilməsinə və rəqəmsallaşma sahəsində aparılacaq islahatların birgə müəyyən edilməsinə artıq başlanılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























