ABŞ rəsmisinin Bitcoin barədə bu sözləri gündəmə damğa vurdu
Bitcoin, SEC-in açıqlaması ilə bahalaşır
ABŞ Əmtəə Fyuçersləri Komissiyası (CFTC) və ABŞ-da qiymətli kağızlar bazarını tənzimləyən qurum olan Secucrities and Exchange Commission-ın (SEC) sədrləri kriptovalyutalar ilə əlaqədar olaraq ABŞ Konqresində millət vəkillərinə bir təqdimat keçiriblər.
"Marja" xəbər verir ki, SEC, kriptovalyutalar sektorunu yox etməyə yönələn tədbirlər yerinə bu sektora daha sərt nəzarətlər həyata keçirməyə dəvət edib.
Bu açıqlama investorları rahatladıb və Bitcoin daxil virtual pullar bahalaşmağa başlayıb. Bakı vaxtı ilə saat 21:20-də Bitcoin-in qiyməti 8200 dollar ətrafında olub.
CFTC və SEC sədrləri, federal qurumlara Bitcoin-in spot bazarı və bağlı onlayn əməliyyat platformaları üzərində qərar vermək səlahiyyəti verəcək bir qanun hazırlamaq məcburiyyətində qalacaqlarını deyib.
BU SÖZLƏRİ GÜNDƏMƏ DAMĞA VURDU
ABŞ Əmtəə Fyuçersləri Komissiyasının (CFTC) sədri Christopher Giancarlo-nun Konqres qarşısında çıxışında isə bir ata olaraq yaşadığı təcrübəni dilə gətirməsi ABŞ gündəminə damğa vurdu.
Konqresdəki millət vəkilinə, "Yüksək izninizlə fərqli bir baxış prizmasından məsələni çatdırmaq istəyirəm. Bir ata kimi", deyərək çıxışına başlayan Giancarlo dedi:
"Universitet yaşlarında olan 3 uşağın atasıyam. Məktəb illərində onları maliyyə bazarlarına maraq göstərəcəkləri şəkildə yetişdirmişəm. Uşaqlar birjalardan səhm alıb sata bilsinlər deyə, yoldaşımla birlikdə bir neçə yüz dollarlıq bir hesab açmışdıq. Ancaq onları birjaya cəlb etməkdə çox da uğurlu olmamışıq. Amma keçən bir şeylər dəyişdi. Birdən uşaqlarım mənə Bitcoin haqqında suallar verməyə başladılar. Mənə bu pulu alıb almamaları barəsində suallar verirdilər. Qohumlarından biri onlara Bitcoin-dən bəhs etmiş və hamısı bu pul haqqında olduqca həyəcan hissi keçirirdilər. Bəlkə də burada oturanların bəziləri də eyni vəziyyəti yaşamışdır. Bunu fərq etdim ki, yeni nəslin virtual pullara olan marağına hörmət göstərməliyik. Ancaq bunu edərkən onların bu istəklərini sui-istifadə etmək istəyən saxtakarlıqları və manipulyasiyaları da ortadan qaldırmalıyıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
- 1 gün sonra
- 4 d. əvvəl
-
16 d. əvvəl
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq
- 30 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
PULLU adam olmaq üçün ilk addımını at
Bankların kredit portfelinin artım tempi kəskin aşağı düşüb
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
SOCAR Midstream ağacəkmə aksiyası keçirib
Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif
Ən çox oxunanlar
“AZINCLOUD” ilə məlumatlarını ölkə daxilində saxla!
“Azərkosmos” ümumi gəlirlərinin 66%-ni ixracdan qazanır
İxracdan ən çox qazanan özəl Azərbaycan şirkətləri - YENİ SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci, karbamid 3-cü yerdədir - Azərbaycanın qeyri-neft ixracı açıqlandı
Azərbaycan neftinin son qiyməti
Azərbaycand bank filiallarının sayı 15 sayda artıb


















.jpg)
