SOCAR istiqrazları ilə REPO əməliyyatları artır
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi kəskin artıb. İstiqrazların marketmeykeri olan "PSG Kapital" şirkətindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyyatları üzrə 4 müqavilə bağlanılıb. Bu müqavilələr əsasında istiqraz sahibləri aşağı faizlərlə 2,7 milyon dollardan artıq vəsait cəlb ediblər.
Qeyd edək ki, SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına ötən ilin noyabr ayından start verilib. REPO əməliyyatları zamanı SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazları girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit cəlb edə bilirlər.
"PSG Kapital" şirkətindən verilən məlumata görə, indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyatları üzrə ümumilikdə 17 müqavilə bağlanılıb, istiqraz sahibləri 14,4 milyon dollar kredit cəlb ediblər. Bu əməliyyatlardan həm hüquqi şəxslər, həm də istiqrazı olan fiziki şəxslər, adi vətəndaşlar faydalanıblar.
REPO vasitəsilə cəlb edilən vəsaitlərin məbləği 2,8 min dollardan 1,1 milyon dollaradək dəyişir. Bu vəsaitlər 2-22 gün müddətinə götürülüb.
Bununla yanaşı, marketmeyker şirkətində xatırladıblar ki, SOCAR İstiqrazı sahibləri REPO əməliyyatı vasitəsilə təqribən 3 aylıq müddətə də vəsait cəlb edə bilərlər. Burada əsas tələb odur ki, REPO ilə götürülən vəsaitlər faiz ödənişinə 5 gün qalana qədər geri ödənilsin.
Xatırladaq ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi aprel ayının 17-də olacaq. Həmin vaxtadək REPO əməliyyatında iştirak edənlər əldə etdikləri vəsaitləri bu tarixə 5 gün qalana qədər qaytarmalıdırlar. Hazırda fevralın əvvəli olduğunu nəzərə alanda istənilən istiqraz sahibi REPO əməliyyatı edərək 2 aylıq müddətə, illik 3,5% dərəcəsi ilə vəsait cəlb edə bilər.
Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə repo məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə “hair cut” (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə bilərlər.
SOCAR istiqrazları ilə REPO əməliyyatının necə aparıldığını bu videodan izləmək olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















