Azercell-in də daxil olduğu "ailənin" daha bir üzvü satılır
"Turkcell" və "Telia Sonera" şirkətlərinə məxsus "Fintur" şirkəti "Gürtel Telekomünikasyon" şirkətinin sahibidir (99,99 faiz paya malikdir). "Gürtel Telekomünikasyon" şirkəti isə Gürcüstandakı "Geocell" şirkətinin sahibidir (100% payla).
"Marja" xəbər verir ki, "Fintur" şirkəti "Geocell"i Gürcüstan şirkəti "Silknet"ə 153 milyon dollara satmaq üçün ilkin saziş imzalayıb.
Prosesin rəsmi qurumun razılığından sonra başa çatdırılması nəzərdə tutulur.
Bu həftə həmçinin, Qazaxıstanın telekommunikasiya operatoru "Kazakhtelecom", "Kcell"in 75 faiz səhmini satın almaq üçün Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin Təbii İnhisarların Tənzimlənməsi və Rəqabətin Qorunması Komitəsinə müraciət etmişdir.
"Kcell"in 24 faizi "Teliasonera Kazakhstan Holdinq B.V."yə aiddir. Bundan başqa "Telia Sonera"nın "Türkcell" ilə birgə şirkəti "Fintur Holdings" şirkəti "Kcell"in 51 faiz səhminə sahibdir.
"Telia Sonera", 2017-ci ilin sonuna qədər bütün aktivlərini sataraq, Azərbaycan daxil Avrasiya regionundan çıxmağı planlaşdırdığını açıqlamışdı.
"Turkcell"in Azərbaycan, Qazaxıstan, Gürcüstan və Moldovadakı fəaliyyətini təmin edən "Fintur" şirkətində (Fintur Holdings B.V) 41,45 faiz payı var. Qalan 58,55 faiz pay isə "Telia Sonera"ya aiddir. "Telia Sonera" "Fintur"dakı payını da satacağını elan edib.
"Azercell" şirkətinin səhmdarı Türkiyənin “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” şirkətidir (100%). Bu şirkət Türkiyənin “Cenay” Şirkətlər qrupuna daxildir.
“Azertel”in nizamnamə kapitalının 51.3%-i “Fintur Holdings B.V”yə, 42.2%-i “Cenay İletisim”ə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə aiddir. "Turkcell"in səhmdarı olduğu “Fintur”un dolayı yolla “Azercell”sə 51,3% payı var.
"Fintur" şirkətinin“Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.”dəki payının da satılacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















