“METAK” borc ilə borc bağlaya bilər
Bu gün Bakı Fond Birjasında (BFB) “MET-AK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
Emissiyanın həcm 2 000 000 AZN olmaqla, hər birinin nominal qiyməti 1000 AZN olan 2000 ədəd istiqrazdan ibarətdir. İstiqrazların tədavül müddəti 1 il (365 gün), faiz dərəcəsi (illik) 14 %, faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir (90 gün).
“MET-AK”ın nə üçün kapital bazarları vasitəsilə borc aldığı məlum olub. “Marja” şirkətə istinadən xəbər verir ki, cəlb ediləcək vəsait banklardan alınmış kreditlərin bağlanmasına da sərf oluna bilər.
“Hazırda müəssisənin likvidlik mövqeyi kifayət qədər sağlamdır. İstiqraz təklifinin əsas məqsədlərindən biri ağır şərtlər ilə və baha təklif olunan yerli bank kreditlərinə alternativ yaratmaq, faiz xərclərini aşağı salmaq, rentabelliyi artırmaq və qiymətli kağızlar bazarının fəal iştirakçılarından birinə çevrilməkdir. Mümkün variant var ki, istiqraz buraxılması vasitəsilə banklardan müəssisə üçün əlverişsiz sayılan faizlərlə götürülmüş kreditlər bağlansın”,- Şirkətin məlumatında deyilir.
“MET-AK” MMC yerli “Unibank” və “Yapı Kredi Bank Azərbaycan”dan kredit götürüb. 2016-cı ilin sonuna olan məlumata görə, şirkətin bu 2 banka 10,7 milyon manat borcu olub. Kredit “Unibank”dan illik 17%, “Yapı Kredi Bank Azərbaycan”dan isə 8,8% dərəcəsi ilə cəlb edilib.
Ötən ilin sonunda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "METAK" şirkətinə yerli valyutada 8 milyon avro (hazırda 16 milton manatdan çox) ekvivalentində kredit ayırıb.
"MET-AK" Azərbaycanda plastik borular, fitinqlər, konteynerlər və s. istehsalçısıdır. Şirkət gəlir və mənfəətinin artmaqda olduğunu açıqlayıb: http://marja.az/news/19522
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















