Bu gün Avroya təsir edə biləcək mühüm qərarlar və çıxış gözlənilir
Mario Draqinin çıxışı diqqət mərkəzində
Bu gün Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankı (AMB) iclasının ardından faiz qərarlarını açıqlayacaqdır. Bankın uçot dərəcəsini sıfır səviyyəsində (0,00%), depozit faizini də mənfi 0,40% səviyyəsində saxlayacağı gözlənilir. Bakı vaxtı ilə saat 17:30-da isə sədr Mario Draqinin mətbuat konfransı başlayacaqdır.
Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının (AMB) bu gün Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq mətbuat konfransı öncəsi avronun qiyməti 1.2440 dollara kimi bahalaşıb. Beləliklə, bank sədri Mario Draqinin yumşaq monetar siyasətinin sonu ilə bağlı siqnal verib verməyəcəyi investorların diqqət mərkəzindədir.
Son günlər AMB-nin cümə axşamı yumşaq monetar siyasətinin dayandırılması ilə bağlı siqnallar verə biləcəyi gözləntiləri fonunda avro sürətlə bahalaşmışdır. Burada əsas diqqət mərkəzində bankın gələcəkdə seçəcəyi ifadələr və istiqraz alışı proqramının tamamilə dayandırılması müddəti ilə bağlı hər hansı bir məlumatlardır. Bank sədri Mario Draqinin avronun qiymətində müşahidə edilən güclü bahalaşma ilə bağlı fikirləri də böyük maraqla gözlənilir.
Texniki analizə əsasən, qiymət 1.25 dollara kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, 1.30 dollara kimi də bahalaşacağı proqnozlaşdırılır.
Lirə 3.68 TL-ə kimi də bahalaşa bilər
Türkiyə maliyyə bazarlarında da lirənin qiyməti bahalaşmaqda davam edir və 3.68TL-ə kimi də bahalaşa bilər. Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin sürətlə ucuzlaşması, USD/TRY məzənnəsinin də ucuzlaşmasına təsir edir.
Brent nefti 75 dollara kimi də bahalaşa bilər
Enerji bazarlarında da neft qiymətləri 71 dollara kimi 4% dəyər qazanıb. Təhlillərə əsasən, Avropanın Brent markalı neftinin bir barel qiyməti 70 dolların üzərində qaldıqca, 73 və 75 dollara kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 14 d. əvvəl
-
- 28 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























