“ELS"in sorğusuna görə, bu dövlət orqanı mükəmməldir
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən sahibkarlara göstərilən xidmət səviyyəsinin öyrənilməsi ilə bağlı sorğunun nəticələri açıqlanıb
Yanvarın 24-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi birgə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin, o cümlədən iş adamlarının Komitənin fəaliyyətinə münasibətini öyrənmək məqsədi ilə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilmiş rəy sorğusunun nəticələri açıqlanıb.
Komitənin İnformasiya təminatı və elektron idarəetmə şöbəsinin müdiri Fazil Talıblı Komitə tərəfindən açıq hökumətin təşviqi, ictimaiyyətlə əlaqələr və elektron hökumət quruculuğu istiqamətlərində aparılan islahatlar və görülmüş işlər barədə ətraflı məlumat verib.
“ELS – Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova Komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin öyrənilməsi ilə bağlı aparılmış sorğunun nəticələrini açıqlayıb.
Sorğu son 5 il ərzində Komitəyə sənədlərin alınması üçün müraciət edənlər arasında aparılıb və 103 sahibkarlıq subyektini əhatə edib.
Rəyi soruşulanların 93,2%-i son 5 ildə sahibkarlıq fəaliyyətini icra etmək üçün tələb olunan sənədlərin alınması üçün Komitəyə müraciət edənlərdir. Onlar texniki şərtlərin dövlət qeydiyyatına alınması (2,4%), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi (9,0%), lisenziya tələb olunan fəaliyyət sahələrinə rəylərin verilməsi (7,3%), əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyata alınması (18,4%), ölçmə vasitələrinin kalibrlənməsi (9,5%), məhsullara uyğunluq sertifikatlarının verilməsi (23,2%), məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması (11,3%), uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası (18,9%) kimi xidmətlərindən istifadə ediblər.
Bildirilib ki, Komitəyə müraciət etdikləri zaman Komitə əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl edilməsinə dair sualı cavablandıran respondentlərin hamısı (100%) bu qaydalara riayət edildiyini, müraciətin ilk anından sənədin qəbuluna qədər bu qurumda diqqət və səmimi yanaşma ilə rastlaşdıqlarını qeyd ediblər.
SMPDK xidmətlərindən istifadə üçün müraciət edərkən komitə əməkdaşlarının fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirən respondentlər onların etik davranış normalarına əməl etmələrinə 5 bal, peşəkarlığlarına 4,7 bal, obyektivliklərinə 4,8 bal, operativliklərinə isə 4,6 bal vermişlər. Maraqlıdır ki, operativliyi qiymətləndirən respondentlər bu günə mövcud olan təşkilatı məqamları nəzərdə tutublar. Belə ki, SMPDK-nın müxtəlif xidmətlərinə müraciət edənlər ilkin müraciəti Ümumi şöbəyə deyil, birbaşa müvafiq xidmətə yönlədirməyin daha səmərəli olduğunu bildiriblər.
Eyni zamanda qanunsuz tələblər, bürokratik əngəllər, qeyri-qanuni hərəkətlər, öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edilməsi faktları ilə rastlaşmadıqlarını qeyd edən respondentlər bu amilləri “0” balla qiymətləndirib.
SMPDK əməkdaşlarının fəaliyyətini daha bir suala verilən cavablar da xarakterizə edir. Belə ki, "Komitə xidmətlərindən istifadə edərkən problemlərlə rastlaşdıqda nə edirsiniz?" sualına cavab verərkən qeyri-formal həll yollarını axtaranlar aşkarlanmamışdır (0%). Rəyi soruşulanların 96,3%-i SMPDK xidmətləri əməkdaşları tərəfindən bildirilən iradları nəzərə alıb aradan qaldırmağa çalışdıqlarını, 3,3% respondent qanuni yolla haqqlarını müdafiə edərək həll etdiklərini bildirmişlər. Rəyi soruşulanlar sənədlərin dəqiq və düzgün tərtib edilməsində Komitənin müvafiq xidmətlərinin əməkdaşları tərəfindən köməkliyini, müəyyən edilmiş iradların aradan qaldırılmasına qısa müddət verilərək bunun üçün yenidən müraciət etmək lazım olmadığını qeyd edərək lazımi sənədləşdirməni problemsiz həyata keçirdiklərini bildirib.
Komitənin göstərdiyi xidmətlər barəsində məlumatlara çıxış imkanı lazımi səviyyədə təmin olunmasının qiymətləndirilməsi zamanı 58,2% respondent bunun yüksək səviyyədə təşkil olunduğunu, 31,3%-i xidmətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd etmişlər. 10,5% respondent qiymətləndirə bilmədiklərini deyiblər.
Sahibkar olduğları müddətdə Komitənin fəaliyyətində hər hansısa bir dəyişikliyin müşahidə etmələrinə gəldikdə rəyi soruşulanların 46,7%-i ciddi səviyyədə müsbət dəyişikliklərin, 4,9%-i demək olar ki, müsbət kimi qeyd edib. 31,9% respondent dəyişikliklərin olmadığını, 16,5% isə cavab verməkdə çətinlik çəkdiklərini bildirib.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar da cavablandırılıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
-
5 saat əvvəl
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
-
6 saat əvvəl
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
-
9 saat əvvəl
Mayın 10-da gözlənilən hava şəraiti - 28 dərəcəyədək isti proqnozlaşdırılır
-
9 saat əvvəl
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
-
9 saat əvvəl
Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
-
23 saat əvvəl
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
Ən çox oxunanlar
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub, sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib







.jpg)




.jpg)








